Məhkəmə qərarları › İş №3(017)-43/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-43/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-43/2023 08.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin sədri Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, xx xxxx 1958-ci il tarixdə Ağcabədi rayonu Qiyamadınlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu Qiyamadınlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 07 fevral 2023-cü il tarixdə saat 11:43 radələrində sərxoş halda, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan “VAZ 21074” minik markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan 07 sentyabr 2023-cü il tarixdə bir az spirtli içki qəbul edib ““VAZ 21074” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmiş, həmin vaxt yol polis əməkdaşları onu saxlatmış, içkili olduğu üçün alkotestil vasitəsilə müayinə olunmuş və barəsində protokol tərtib edilmişdir. Törətdiyi əmələ görə çox peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 07 fevral 2023-cü tarixli aktdan görünür ki, Şəxs 0,322% promil alkoqol sərxoşluq vəziyyəti vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri özünün etirafı, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 04 (dörd) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbs etmənin əvvəli 08 fevral 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar