Məhkəmə qərarları › İş №3(017)-43/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-43/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-43/2024 24.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin sədri Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, xx xxxx 1977-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi ev 233də yaşayan Şəxs haqqında Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 24 yanvar 2024-ci il tarixdə Ağcabədi şəhəri, H.Hacıyev küçəsində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı və ictimai əsayişi pozmuş, bu vaxt xidməti vəzifələrini həyata keçirən polis əməkdaşı ona yaxınlaşıb onu iltizama dəvət etmiş, lakin o yenidən öz hərəkətlərini davam etdirərək polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, 24 yanvar 2024-cü il tarixdə əsəbləçdiyi üçün ucadan səs-küy salıb ünvansız söyüşlər söymüş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq icra şöbəsinə getməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi rayon Polis Şöbəsinin polis nəfəri X1 ifadə verərək göstərdi ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elvur Vəliyev tərəfindən 22 yanvar 2024-cü il tarixli məcburi gətirilmə tədbirinin tədbiq edilməsi barədə qərarına əsasən Şəxs aliment borcunu ödəmədiyi üçün tərəflərindən Ağcabədi rayon İcra və Probasiya şöbəsinə aparmaq istəyərkən qanuni tələblərinə tabe olmamış və uca səslə icra məmurlarının ünvanlarına nalayiq söyüşlər işlədirdi. Onu iltizama dəvət etsələrdə o, hərəkətlərini davam etdirmişdir. Bundan sonra əlavə polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 535.1-ci maddəsində iki yüz manat və bir ayadək inzibati həbs tənbehi nəzərdə tutulduğu halda, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə və 15 günədək inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Hesab edirəm ki, Şəxs barəsində inzibati həbs tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 24 yanvar 2024-cü il tarixdən saat 1200-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar