Məhkəmə qərarları › İş №3(017)-432/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-432/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-432/2024 15.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Rəncbərlər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 15 avqust 2024-cü il tarixdə, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən kafedə ictimai qaydanı pozmuş nalayiq hərəkətlər etmiş, həmin şəxsi nizamintizama dəvət edilsə də, polis əməkdalarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə özünə məxsus evdə spirtli içki qəbul etdikdən sonra Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən kafedə pivə içmiş həmin vaxt tanımadığı 3-4 nəfər cavan oğlan kafeyə daxil olmuş, onlardan biri onun yanında əyləşmiş və onunla zarafat etmiş, lakin o zarafat xoşuna gəlmədiyi üçün irad bildirmişdir. Sonra həmin şəxslər polis əməkdaşlarını çağırmış və polis əməkdaşları onu Ağcabədi RPŞ-nə gətirmişdir. Hazırda törətdiyi əmələ görə çox peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahat verərək bildirdi ki, o, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Noxud Pub” adlı kafeni işlədir. xx.xx.2024-cü il tarixdə tanımadığı iki nəfər şəxs kafeyə gələrək pivə sifariş etmiş və masada əyləşərək içmişlər. Həmin vaxt onlar öz aralarında yüksək səslə söhbət edərək kimisə söyürdülər. Bu zaman onlara yaxınlaşaraq ictimai qydanı pozduqlarını və kafeni tərk etmələrini xahiş etmiş və onlar da çıxıb getdilər. Təxminən 20-30 dəqiqə keçdikdən sonra adını sonradan bildiyi Şəxs kafeyə qayıdaraq masaların birində əyləşərək pivə sifariş etdi və ona pivə verdilər. Bundan sonra səs-küy eşidib, baxdıqda görüb ki, Şəxs başqa şəxslər oturan masaya keçib və orada oturan şəxsləri yüksək səslə danışaraq və söyərək narahat edir. O, polis əməkdaşlarını kafeyə dəvət etmiş və polis əməkdaşları gələrək Şəxs Ağcabədi RPŞ-nə aparıblar. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahat verərək bildirdi ki, o, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Noxud Pub” adlı kafedə işləyir. xx.xx.2024-cü il tarixdə tanımadığı iki nəfər şəxs kafeyə gələrək pivə sifariş etmiş və masada əyləşərək içmişlər. Həmin vaxt onlar öz aralarında yüksək səslə söhbət edərək kimisə söyürdülər. Müdiriyyət onları ictimai qaydanı pozduqları üçün kafeni tərk etmələrini xahiş etmiş və onlar da çıxıb getmişlər. Təxminən 20-30 dəqiqə keçdikdən sonra adını sonradan bildiyi Şəxs kafeyə qayıtmış və pivə sifariş etmişdir. O, pivə verdikdə Şəxs onu, kafenin digər işçilərini və kafedə olan digər müştəriləri uca səslə söyərək təhqir etmişdir. Bu zaman müdriyyət polis çağırmış və polis əməkdaşları gələrək Şəxs kafedən çıxartmışdır. İş materiallarında olan 15 avqust 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 avqust 2024-cü il tarixdə saat 06:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında izibati xəta törədən şəxsin və şahidlərin izahatlarından müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində Ağcabədi RPŞ-nə gətirilərək saxlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 535.1-ci maddəsində iki yüz manat və bir ayadək inzibati həbs tənbehi nəzərdə tutulduğu halda, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə və 15 günədək inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. AR İXM-nin 33.1.1-ci maddəsində göstərilir ki səlahiyyətli şəxslərin huquqa zidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Hesab edirəm ki, Şəxs barəsində daha ciddi xətaya görə inzibati həbs tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 535.1-ci maddəsi ilə barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 15 avqust 2024-cü il tarixdən, saat 03:00-dan hesablansın. Qərarın icrası Ağcabədi rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar