Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-435/2024 19.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m üə y y ə n e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 19 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 19 avqust 2024-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsinə daxil olmuşdur. İşin məhkəmə baxışına hazırlanması zamanı müəyyən etdim ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün tərtib edilmiş inzibati xəta haqqında protokol natamamdır və məhkəmə ijlasında tamamlanması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Bundan başqa yol nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanla bağlı hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda hesab edirəm ki, işə baxılması mümkün deyildir və ona görə də inzibati xəta haqqında 19 aprel 2024-cü il tarixli, İXP ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol polisi İdarəsinin Yol- Patrul Xidməti Alayına geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində isə təsbit edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 19 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-435/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-435/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver