Məhkəmə qərarları › İş №3(017)-437/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-437/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-437/2025 22.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən inzibati material daxil olmuşdur. Həmin materiala əsasən Şəxs baş direktoru X1 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixli, 3-17-5/2-66406 nömrəli məktubda göstərilən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarda nəzərdə tutulmuş cəriməni ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə protokol tərtib olunaraq baxılmasından ötrü Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarından Laçın Rayon Məhkəməsinə şikayət olunduğu üçün inzibati xəta haqqında protokola baxılma müddəti Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən bir ay müddətinə uzaldılmışdır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edildiyi üçün icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Laçın Rayon Məhkəməsin 3(047)-377/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilərək Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43 48-53, 114, 128-130, 38.1 və 53.0.6-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar