Məhkəmə qərarları › İş №3(017)-443/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-443/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-443/2025 19.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs-X1nın iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ regional şöbəsinin 04 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə X5 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ regional şöbəsinin 04 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. X1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ regional şöbəsinin 04 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ regional şöbəsi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə olunmuşdur. Cərimənin yazılmasına səbəb Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbinin pozularaq X8 əmək müqaviləsinə xitam verildiyi müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, Ağcabədi rayonu C.Quliyev adına Təzəkənd kənd tam orta ümumitəhsil məktəbində müəllimə işləyir və məktəbin direktoru 2025-ci ili iyun-iyul ayında məzuniyyətdə olduğu üçün o, məktəbin direktoru vəzifəsini icra etmişdir. Ağcabədi rayonu C.Quliyev adına Təzəkənd kənd tam orta ümumitəhsil məktəbinin ingilis dili müəllimi vəzifəsində çalışmış X15 20 iyun 2025-ci il tarixdə təkrar sertifikatlaşdırmanın test imtahanı mərhələsində iştirak etmiş və uğur qazanmamışdır. İmtahan nəticələrinə uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 26 iyun 2025-ci il tarixli, 3-29-69/3-2-29F/2025 nömrəli göstərişinə əsasən X15 ilə bağlanmış əmək müqaviləsinə 30 iyun 2025-ci il tarixdə xitam verilmişdir. X15 ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən Vəfa Həziyeva ilə əlaqə saxlayaraq onu məktəbə dəvət etmiş, lakin Vəfa Həziyeva məktəbə gəlməkdən imtina etmişdir. Vəfa Həziyevanın ərinin xəstə olduğunu bildiyi üçün ona əlillik dərəcəsinin verilib-verilməməsini soruşarkən, Vəfa Həziyeva ərinə əlillik dərəcəsinin verilməməsini bildirmişdir. X18 məxsus sənədlər araşdırılarkən onun ərinin əlillik dərəcəsinin olması barədə heç bir sənəd aşkar edilməmişdir. Bütün bunlara baxmayaraq və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ regional şöbəsi tərəfindən bu hallar araşdırılmadan cərimə olunmuşdur. X3 məktəbdə sosial pedaqoq işi ilə təmin edilməsi barədə razılıq əldə olunmuş, bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Regional Təhsil İdarəsindən məktəbə 02 sentyabr 2025-ci il tarixli məktub daxil olmuş və X15 həmin işə qəbul olunması barədə məktəbə ərizə vermişdir. Lakin, göstərilən ştatın açılması üçün vaxt tələb olunur və yaxın günlərdə X15 işlə təmin olunacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş qərarda qeyd olunan müddət isə başa çatmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş 04 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ regional şöbəsinin 04 avqust 2025-ci il tarixli, 3-17-5/2-s-69055/2025 saylı məktubundan görünür ki, X8 X17 Xidmətinə ünvanladığı əmək hüquqlarının pozulması (işdən azad olunması) barədəki müariəti araşdırılmış və araşdırma zamanı X8 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verildiyi müəyyən edilmişdir. X13 izahatı və təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən bu hal əmək müqaviləsinin ləğv olunması qadağan olunmuş işçilər siyahısına əlavə edilmişdir. Bu səbəbdən də X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, X5 şikayəti təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ağcabədi rayonu C.Quliyev adına Təzəkənd kənd tam orta ümumitəhsil məktəbinin ingilis dili müəllimi vəzifəsində çalışmış X15 20 iyun 2025-ci il tarixdə təkrar sertifikatlaşdırmanın test imtahanı mərhələsində iştirak etmiş və uğur qazanmamışdır. İmtahan nəticələrinə uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 26 iyun 2025-ci il tarixli, 3-29-69/3-2-29F/2025 nömrəli göstərişinə əsasən X15 ilə bağlanmış əmək müqaviləsinə 30 iyun 2025-ci il tarixdə xitam verilmişdir. Qeyd edilən hallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ regional şöbəsi tərəfindən araşdırılarkən Vəfa Həziyevanın öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması aşkar edilmiş və bu hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan olunmuş işçilər siyahısına əlavə edildiyindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Lakin, nəzərə alınmamışdır ki, X2 rayonu C.Quliyev adına Təzəkənd kənd tam orta ümumitəhsil məktəbinin direktoru vəzifəsini icra edərkən X15 ilə bağlanmış əmək müqaviləsinə xitam vermiş, müqaviləyə xitam verərkən X7 tərəfindən X15 ilə əlaqə saxlanılaraq məktəbə dəvət etmiş, Vəfa Həziyeva isə məktəbə gəlməkdən imtina etmişdir. X14 ərinin əlillik dərəcəsinin olub-olmaması soruşulmuş və Vəfa Həziyeva ərinə əlillik dərəcəsinin verilməməsini bildirmişdir. Bundan başqa, Vəfa Həziyevaya məxsus sənədlər də araşdırılarkən onun ərinin əlillik dərəcəsinin olması barədə heç bir sənəd aşkar edilməmişdir. Bütün bunlarla da təsdiq olunur ki, X7 tərəfindən X15 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən X8 ərinə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyin verilməsini, X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79cu maddəsinin təsiri altına düşməsi, yəni əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin siyahısında olması X7 tərəfindən müəyyən edilə bilməzdir. Bundan başqa, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Regional Təhsil İdarəsinin 02 sentyabr 2025-ci il tarixli məktubu və X8 ərizəsi ilə müyyən olunmuşdur ki, X4 rayonu C.Quliyev adına Təzəkənd kənd tam orta ümumitəhsil məktəbində sosial pedaqoq işi ilə təmin edilməsi barədə razılıq əldə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, həm qanunun mənası baxımından, həm də işin faktiki halları baxımından X7 tərəfindən ona istinad olunan inzibati xətanı törətməsi müəyyən edilmir və X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkib əlamətlərinin olmamasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ regional şöbəsi tərəfindən yuxarıda qeyd olunan hallar araşdırılmadan X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş X5 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab olunur. Şərh olunan hallara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ regional şöbəsinin 04 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 75, 84, 114, 128-131 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ regional şöbəsinin 04 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar