Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-444/2025 11.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Ağcabədi rayon Polis şöbəsinin polis kapitanı X3 18 avqust 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, o, 18 avqust 2025-ci il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi Mercedes Benz E240 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə əməliyyatı etdirmişdir. “İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli qərara əsasən X4 Azərbaycan Respublikası İXM-nin 333.1 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında şikayətçi X4 izahatında göstərdi ki, 18 avqust 2025-ci il tarixdə idarə etdiyi Mercedes Benz E240 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları onu saxladıb sərxoş olduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddəsinə əsasən protokol tərtib etmiş və protokol əsasında 400 manat cərimə olunmuşdur. Hesab edir ki, barəsində tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Belə ki, o, bir gün əvvəl 100 qram spirtli içki qəbul etmişdir. Onu yol patrul xidməti əməkdaşı Toğrul adlı şəxs saxlatmış, onun nəfəsini aparatla yoxlamış, sərxoş olduğu ona bildirilmiş, o da müayinənin cavabını tələb edərək həkim yoxlamasından keçirilməyini istəmiş, sonra onun avtomobili duracağa aparılmış, lakin o, həkim müayinəsində keçirilməmiş, protokol Toğrulun adından deyil, Müslümün adından tərtib edilmişdir. Odur ki, qeyd edilənləri əsas gətirərək 18 avqust 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə şikayətçini dinləyib, ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa, inzibati xətanın mövcudluğunu göstərən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi səbəb olur. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə protokoldan görünür ki, X4 protokolun surətini alaraq protokola səhv edərək pivə qəbul edib avtomobili idarə etdiyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş alkotestrin cavabından dən görünür ki, Faiq İsmayılovun qəbul etdiyi alkoqolun miqdarı 0,448 %-dir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X4 ötmə əməliyyatı edərkən saxlanılmış, həmin vaxt alkotestr vasitəsi ilə müayinə olunmuş, müayinə zamanı sərxoş olduğu müəyyən olunmuş, X4 protokolun surətini alaraq protokola səhv edərək pivə qəbul edib avtomobili idarə etdiyini qeyd etmişdir. Bundan başqa X4 qeyd etdiyi xüsusatlara dair hər hansı mötəbər sübut və dəlili məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-444/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-444/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver