Məhkəmə qərarları › İş №3(017)-445/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-445/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-445/2025 12.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, Qax RPŞ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X7 01 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Qax RPŞ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X8 tərəfindən qəbul edilmiş 01 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. X3 şikayətlə məhkəməyə müraciət edərək, Qax RPŞ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X8 tərəfindən qəbul edilmiş qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 01 avqust 2025-ci il tarixdə özünə məxsus avtomaşını Qax şəhərində idarə edərkən Qax RPŞ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X8 ona saxla işarəsi vermiş və ona Qax şəhərinə daxil olarkən dairəvi dönmə zolağında gözləmədən hərəkət etməsini bildirmişdir. O, heç bir qanun pozuntusuna yol vermədiyini bildirərək bu barədə olan görüntünün ona təqdim edilməsini tələb etmişdir. Lakin, heç bir görüntü təqdim edilmədən və qərəzli olaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati protokol və 01 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı ədalətli və qanuni hesab etmir və şikayətinin təmin edilərək Qax RPŞ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X8 tərəfindən qəbul edilmiş qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. X1 və Qax RPŞ-nin DYPŞ-nin YPX məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, X1 və Qax RPŞ-nin DYPŞ-nin YPX-nin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və onlardan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə işə X1nun və Qax RPŞ-nin DYPŞ-nin YPX-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Qax RPŞ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X8 tərəfindən qəbul edilmiş 01 avqust 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət yaranır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinin məqsədləri baxımından sübutetmə yükü nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də ki məhkəmənin üzərinə düşür. Bu vəzifə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Lakin, şikayətə baxılması ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan məhkəmə iclasında nəinki öz nümayəndəsinin iştirakını təmin etməmiş, zəruri sübutları da məhkəməyə təqdim etməmişdir. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, belə olan halda X2 hazırki inzibati xətanın törədilməsində təqsirli olmasında mövcud olan şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək və qeyd olunan qanunvericilik aktlarına əsaslanaraq hesab edir ki, şikayət təmin olunmaqla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə olunması barədə Qax RPŞ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X8 tərəfindən qəbul edilmiş 01 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 75, 84, 114, 128-131 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunması barədə Qax RPŞ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X8 tərəfindən qəbul edilmiş 01 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar