Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-446/2024 04.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağcabədi rayonunun İmamqulubəyli kənd bələdiyyəsinin sədri Şəxs və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə anadan olmuş, Ağcabədi rayonunun İmamqulubəyli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xətaya dair materiala məhkəmə baxaraq, m ü ə y y ə n e t d i: Ağcabədi rayon İmamqulubəyli bələdiyyəsinin sədri Şəxs 2023-cü il üçün nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları idarəyə təqdim etməmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Ağcabədi rayon İmamqulubəyli bələdiyyəsinin sədri Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş protokolla razı deyildir. İdarədən ona məlumat gələn kimi, idarəyə gedib hansı qaydada məlumat verməli olduğunu öyrənmək istəmiş, ona gedib sonra gəlməsi deyilmiş, o, da çıxıb getmişdir. Birinci dəfədir ki, pozuntunu törədib. Özünü təqsirli bilmir. Hər il bir dəfə yaşıllıqla bağlı monitorinq keçirilib idarəyə məlumat verilib. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli Qanununun 12.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 217 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqiin aparılması” Qaydasına 2.5-ci bəndinə uyğun olaraq uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrində yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrində yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvar ayının 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq orqanlar tərəfindən fevral ayının 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edir. Lakin Ağcabədi rayon İmamqulubəyli bələdiyyəsinin sədri Şəxs 2023-cü il üçün nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları idarəyə təqdim etməmişdir. Ona görə də onun barəsində protokol tərtib edilmişdir. Hesab edir ki, protokol qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 217 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqiin aparılması” Qaydasının 2.5-ci bəndinə əsasən bu Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Qaydanın 2.9-cu bəndinə görə istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları aidiyyəti üzrə yaşıllıqların uçota alınmamasına, kəmiyyət və keyfiyyət göstəricilərinin tam və dürüst əks olunmamasına, onların növlərinin, yaşıllıq ərazilərinin və yaşıllıq barədə digər məlumatların təhrif edilməsinə və bu məlumatların Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Qaydanın 3.7-ci bəndinə əsasən istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən aparılan yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumat hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilir və uçot hesabatları ilə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Qaydanın 1.5-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini bələdiyyələr aparır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1-ci maddəsinə əsasən yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: 253-1.1.1. mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına; 253-1.1.2. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların təhrif edilməsinə; 253-1.1.3. yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağcabədi rayonunun İmamqulubəyli kənd bələdiyyəsinin sədri Şəxs bu əməldə təqsiri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 izahatı inzibati xəta haqqında tərtib edilmiş protokol və digər rəsmi sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Ağcabədi rayonunun İmamqulubəyli kənd bələdiyyəsinin sədri Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı:
1. İnzibati xətanı törətmiş Ağcabədi rayonunun İmamqulubəyli kənd bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (min) manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilsin.
2. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər.
Hakim: Sulduz Ləzimov