Məhkəmə qərarları › İş №3(017)-449/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-449/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-449/2023 09.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Ağcabədi rayon İcra və Probasiya şöbəsinin stajoru (böyük icra məmuru vəzifəsi üzrə) X1 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri T.İsmayılov küçəsi ev 144-də qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: İcra sənədi üzrə borclu Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-155/2020 nömrəli, 20 fevral 2020-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-155/2020 nömrəli, 20 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən 5530 ABŞ dolları məbləğində pulun ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Hazıradək borcundan ödəniş etmişdir. Qalıq qalan borcunu isə ödəməmişdir. Ona görə ki, imkanı yoxdur. İmkanı olan kimi borcunu ödəyəcəkdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin stajoru (böyük icra məmuru vəzifəsi üzrə) X2 çıxış edərək bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-155/2020 nömrəli, 20 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən 5530 ABŞ dolları məbləğində pulun Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədi üzrə tələbləri icra etmir. İcra məmurunun qanuni tələblərinə məhəl qoymur. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-155/2020 nömrəli, 20 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən 5530 ABŞ dolları məbləğində pulun Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra sənədi üzrə tələbləri qərəzli olaraq icra etmir, icra məmurunun qanuni tələblərinə məhəl qoymur və onun 8501 manat borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün etirafı, eləcədə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun çıxışı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, əmlak və maddi vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar