Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-451/2023 09.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə xx.xx.1981-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, H.Əliyev prospekti, ev 247-də qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 08 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospektində, Ağcabədi rayon məhkəməsinin yaxınlığında ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, bu vaxt xidməti vəzifələrini həyata keçirən polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o, yenidən öz hərəkətlərini davam etdirərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, 08 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospektində, Ağcabədi rayon məhkəməsinin yaxınlığında ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, polis əməkdaşları onu nizamintizama dəvət etmiş, lakin o, yenidən öz hərəkətlərini davam etdirərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır və polis əməkdaşları onu RPŞ-nə dəvət etmişlər və RPŞ-nə getmişlər. Odur ki, yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin polis leytenantı X3 izahat verərək bildirdi ki, o, 08 iyun 2023-cü il tarixdə xidməti vəzifələrini yerinə yetirən zaman Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospektində, Ağcabədi rayon məhkəməsinin yaxınlığında Şəxs səs-küy saldığını və ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğunu görmüş və ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Lakin bu zaman Şəxs dahada aqressivləşərək onların qanuni tələblərinə tabe olmamış və hərəkətlərini davam etdirmişdir. Bundan sonra onu RPŞ-nə dəvət etmişlər və Şəxs onların avtomobili ilə RPŞ-nə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin polis nəfəri X1 Nicat Qurban oğlu ilə oxşar məzmunlu ifadə verərək göstərilənləri təsdiq etdi. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 iyun 2023-cü il tarixdə saat 19:00 radələrində inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 535.1-ci maddəsində iki yüz manat və bir ayadək inzibati həbs tənbehi nəzərdə tutulduğu halda, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə və 15 günədək inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. AR İXM-nin 33.1.1-ci maddəsində göstərilir ki səlahiyyətli şəxslərin huquqa zidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Hesab edirəm ki, Şəxs barəsində daha ciddi xətaya görə inzibati həbs tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 535.1-ci maddəsi ilə barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbs etmənin əvvəli 8 iyun 2023-cü il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Ağcabədi rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-451/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-451/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver