Məhkəmə qərarları › İş №3(017)-454/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-454/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-454/2024 02.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhram oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, 13 avqust 2001-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri Xəlfərəddin küçəsi ev 58-də qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 25 iyun 2024-cü il tarixdə saat 19:00 radələrində St.Mingəçevir- Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Təzəkənd kəndindən keçən 90-cı km-də idarə etdiyi “Mercedes Benz C220” markalı ** CV *** dövlət qeydiyyatlı nişanlı nəqliyyyat vasitəsi ilə hərəkətdə olarkən qarşıdan gələn Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21013” markalı ** BC *** dövlət qeydiyyatlı nişanlı nəqliyyyat vasitəsi ilə toqquşmuş, həmin vaxt Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Material üzrə işin məhkəmə baxışı 02 sentyabr 2024-cü il tarixə saat 1100 təyin edilməklə, bu barədə məlumat tərəfə vaxtında bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Bu halda Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən, işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 25 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material əsasında cinayət işinin başlanmasının rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinnin tərkibi olduğu üçün qərarın surəti inzibati tənbeh tədbiri görülməsindən ötrü BDYPİ-nin YPX Alayına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2-Təcrübi və X3 Hüquqi şəxsinin 16 iyul 2024-cü il tarixli 436 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – başında və sağ saiddə əzilmiş yaralar bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə yəni yol nəqliyyat hadisəsi nəticəsində avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, yetirlilmə müddəti 25 iyun 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar