Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-455/2023 22.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu məhkəmə iclas katibi Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağcabədi rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 19 yanvar 2023-cü il tarixdə müvafiq İcra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silah saylan 01 ədəd 16 kalibrli, tək lüləli, nömrəsiz ov tüfəngini əldə edib özündə saxlamışdır ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin məhkəmə baxışı zamanı müəyyən olundu ki, inzibati xəta haqqında protokol qanunla müəyyən olunmuş müddətdə tərtib edilməmişdir. Belə ki, iş materiallarında olan 29 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, inzibati xəta hadisəsi 19 yanvar 2023-cü il tarixdə baş vermiş və bu barədə cinayət işinin başlanması rədd edilərək əmələ hüquqi qiymət verilməsi üçün Ağcabədi rayon İTB-nə göndərilmiş, lakin inzibati xəta haqqında protokol 13 iyun 2023-cü il tarixdə tərtib edilərək Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.
Məhkəmə qərarları › İş №3(017)-455/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-455/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver