Məhkəmə qərarları › İş №3(017)-463/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-463/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-463/2025 19.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1979-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağcabədi şəhəri, N.Nərimanov küçəsi, ev 6A-da qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 19 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(005)-3665/2024 saylı icra sənədinə əsasən ödənilməmiş qalan 1028 manat aliment pulunu və Ağcabədi Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(017)-196/2025 saylı icra sənədinə əsasən 5605 manat pulu Zərərçəkmiş şəxs ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərdi ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(005)-3665/2024 saylı icra sənədinə əsasən iki nəfər uşağın saxlanması üçün hər ay 705 manat alimenti Zərərçəkmiş şəxs ödəməlidir. Bundan başqa, Ağcabədi Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(017)-196/2025 saylı icra sənədinə əsasən Şəxs 5605 manat pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Hazırda Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(005)-3665/2024 saylı icra sənədinə əsasən 1028 manat aliment borcu və Ağcabədi Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(017)-196/2025 saylı icra sənədinə əsasən 5605 manat borcu vardır. Şəxs onun qanuni tələblərini yerinə yetirmədiyindən və icra sənədləri üzrə ödəniş etmədiyindən hazırki inzibati protokolla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(005)-3665/2024 saylı icra sənədinə əsasən iki nəfər uşağın saxlanması üçün hər ay 705 manat alimenti Zərərçəkmiş şəxs ödəməlidir. Həmin icra sənədinə əsasən 1028 manat aliment borcu vardır. Bundan başqa, Ağcabədi Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(017)-196/2025 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs 5605 manat ödəməlidir və həmin məbləğdən ödəniş edə bilməmişdir. Maddi imkanı olmadığı üçün ödənişləri ödəyə bilməmişdir. Hazırda borcundan 500 manat ödəmək istəyir. Lakin, tələbkar pulu tam şəkildə tələb edir. Göstərdiyi kimi həmin məbləği tam ödəməyə imkanı yoxdur və borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(005)-3665/2024 saylı icra sənədinə əsasən Şəxs iki nəfər uşağın saxlanması üçün hər ay ona 705 manat aliment ödəməlidir. Həmin icra sənədinə əsasən Şəxs 1028 manat aliment borcu vardır. Bundan başqa, Ağcabədi Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(017)-196/2025 saylı icra sənədinə əsasən Şəxs 5605 manat ona ödəməlidir və həmin məbləğdən ödəniş etməmişdir. Hazırda uşaqların saxlanması üçün çətinlik çəkir və Şəxs pulu tam şəkildə tələb edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(005)-3665/2024 saylı icra sənədinə əsasən ödənilməmiş qalan 1028 manat aliment pulunu və Ağcabədi Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(017)-196/2025 saylı icra sənədinə əsasən 5605 manat pulu Zərərçəkmiş şəxs ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 19 sentyabr 2025-ci il tarixdən saat 16:30 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar