Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-467/2025 09.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, xx xxxxx 1993-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağcabədi şəhəri Ə.Talıbov küçəsi ev 81-də qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Ağcabədi rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 13 avqust 2025-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun yaşadığı evin pəncərəsini sındıraraq 80 manat məbləğində maddi zərər vurmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Material üzrə işin məhkəmə baxışı 09 oktyabr 2025-ci il tarixə təyin edilməklə, bu barədə məlumat tərəflərə vaxtında bildirilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Bu halda Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinin tələbinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və Şəxs inzibati xətaya yol verdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət yaradır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən İXM-nin 31-ci maddəsinə əsasən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 80 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-467/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-467/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver