Məhkəmə qərarları › İş №3(017)-470/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-470/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-470/2025 23.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X2 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs Publik hüquqi şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 352.1.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2025-ci il tarixdə R-18, Mingəçevir - st.Mingəçevir - Bəhrəmtəpə avtomobil yolunun 101-ci km hissəsində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində avtomobil yolunun təhkim və qorunma (mühafizə) zolağını çirkləndirməklə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 352.1.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Şəxsn nümayəndəsi X4 izahat verərək bildirdi ki, Şəxs Publik hüquqi şəxs barəsində tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Belə ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 101-ci km hissəsində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində aparılmış təmizləmə işləri zamanı avtomobil yolunun təhkim və qorunma (mühafizə) zolağını çirkləndirilməmiş, dren kanalından çıxarılmış lil avtomobil yolunun təhkim və qorunma (mühafizə) zolağına topalanmamışdır. Aparılmış təmizləmə və qazıntı işləri qanunvericiliyin tələblərinə uyğun aparılmış, bununla da Şəxs əməkdaşları tərəfindən üzərilərinə düşən işlər yerinə yetirilərək icra olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qadaları”nın 12-ci bəndinə əsasən magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq: 3 kub.m/san-yə qədər olduqda-5 metr; 3-10 kub.m/san-yə olduqda - 10 metr; 10-30 kub.m olduqda - 25 metr; 30-50 km/san olduqda - 60 metr; 50 kub.m/san-dən artıq olduqda - 100 metr həddində müəyyən edilmişdir. Adı çəkilən şor suların axıdılması üçün nəzərdə tutulmuş drenaj kanallar nəzərdə tutulmuş qaydad təmizlənir və şıxarılan lillər həmin drenaj kanalın öz mühafizə zonasına tökülür. Başqa cür onun təmizlənməsi mümkün deyil. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını və Şəxs Publik hüquqi şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə R-18, Mingəçevir - st.Mingəçevir - Bəhrəmtəpə avtomobil yolunun 101-ci km hissəsində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində avtomobil yolunun təhkim və qorunma (mühafizə) zolağını çirkləndirməklə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozduğu üçün Şəxs barəsində inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Hesab edir ki, protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs tərəfindən kanaldan çıxarılmış lillər avtomobil yolunun təhkim və qorunma (mühafizə) zolağına tökülərək avtomobil yolunu çirklədirmişdir. Şəxs tərəfindən avtomobil yolunun təhkim və qorunma (mühafizə) zolağının çirkləndirilməsi barədə akt tərtib edilərək bu barədə Şəxs ərazi üzrə nümayəndəsinə məlumat verilməsinə baxmayaraq onlar barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun tərtibatında iştirak etməkdən və həmin protokolu imzalmaqdan imtina etmişlər. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, R-18, Mingəçevir - st.Mingəçevir - Bəhrəmtəpə avtomobil yolunun 101-ci km hissəsində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində Şəxs tərəfindən həmin avtomobil yolunun təhkim zolağı və qorunma (mühafizə) zolağının çirkləndirilməsi faktı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, inzibati xətalara dair araşdırmada Şəxsn ərazi üzrə nümayəndələri iştirak etməsinə baxmayaraq onlar PHŞ barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun tərtibatında iştirak etməkdən və həmin protokolu imzalmaqdan imtina etmişlər. İş materiallarında olan fotoşəkillərdən görünür ki, drenaj kanalından təmizlənmiş lillər həmin drenaj kanalın öz mühafizə zolağına tökülmüşdür. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati protokol tərtib olunarkən, Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı (şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı), 100.1.7-ci (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları) maddələrinin tələbləri pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında protokolda şahidlər (soyadı, adı, atasının adı) barədə qrafa nəzərdə tutulsa da inzibati xəta haqqında protokol tərtib edilən vaxt şahid dəvət olunmamış, şahidlərin adları göstərilməmiş, onlar haqqında anket məlumatları alınmamış, sonuncuların ətraflı, dolğun tərzdə izahatları alınmamış, protokola şahidlərə imza etdirilməmiş bununla da protokol tərtib edilərkən kobud prosessual pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 352.1.10-cu maddəsinə əsasən suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılmasına, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Şəxs tərəfindən drenaj kanalından təmizlənmiş lillər avtomobil yolunun təhkim və qorunma (mühafizə) zolağına tökülməmiş, kanaldan təmizlənmiş lillər həmin kanalın öz mühafizə zolağına tökülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1 və 9.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə əsasən qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xəta haqqında qərarda qeyd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 elementobyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m:

1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 352.1.10-cu maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin.

2. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar