Məhkəmə qərarları › İş №3(017)-479/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-479/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-479/2025 13.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1999-cu il tarixdə Ağcabədi rayonunun Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olur, Bakı şəhəri Yasamal rayonu Kamal Rəhimov küçəsi ev 30, mənzil 52-də qeydiyyatda olmaqla, Ağcabədi rayonunun Şahsevən kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 11 sentyabr 2025-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ət mağazasını idarə etdiyi avtomobillə vuraraq Zərərçəkmiş şəxs 3945 manat dəyərində maddi zərər vurmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Material üzrə işin məhkəmə baxışı 13 oktyabr 2025-ci il tarixə təyin edilməklə, bu barədə məlumat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vaxtında bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Bu halda Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində ət mağazasını işlədir. Şəxs ilə əvvəllər aralarında ədavəti və düşmənçiliyi olmamışdır. 20 avqust 2025-ci il tarixdə İntiqam onun mağazasından 5 kq ət alıb pulunu 23 avqust 2025-ci il tarixdə verəcəyini bildirmiş, o, da onunla razılaşmışdır. Lakin İntiqam pulu 23 avqust 2025-ci il tarixdə qaytarmamış, bir neçə gün İntiqamı gözləmiş, 30 avqust 2025-ci il tarixdə İntiqama zəng edib pulunu istəmiş, İntiqam da ona Bakı şəhərində olduğunu 10 sentyabr 2025-ci il tarixdə ona olan borcunu qaytaracağını bildirmiş, o da onunla razılaşmışdır. 11 sentyabr 2025-ci il tarixdə İntiqam onun pulunu vermədiyi üçün Vatsapda ona pulunu verməsini bildirib ona kart atmış, həmin vaxt İntiqam ona zəng edərək niyə ona mesaj yazdığını bildirmiş, o da pula ehtiyacı olduğunu bildirmiş, bundan təxminən 5-10 dəqiqə sonra İntiqam ona məxsus ət mağazasının qarşısına gəlmiş, onunla mübahisə edib getmiş, sonra təkrar gələrək onunla mübahisə edib idarə etdiyi avtomobili onun ət mağazasına çırpmışdır. Hazırda ona dəymiş ziyanı ödənilməmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli X2 Məsuliyyətli Cəmiyyətinin məktubundan görünür ki, Zərərçəkmiş şəxs məzsus ət mağazasına ümumilikdə 3945 manat ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs 11 sentyabr 2025-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ət mağazasını idarə etdiyi avtomobillə vuraraq Zərərçəkmiş şəxs 3945 manat dəyərində maddi zərər vurmuşdur. Zərərçəkmiş şəxs Şəxs inzibati tənbehlə cəzalandırılmasını israr edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət yaradır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən İXM-nin 31-ci maddəsinə əsasən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 3945 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar