Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-48/2023 17.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin MN ******* nömrəli 23 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin MN ******* nömrəli 23 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Goranboy Rayon Məhkəməsinə müraciət edtmişdir. Həmin inzibati material Goranboy Rayon Məhkəməsi tərəfindən baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmə iclasında vəsatət verərək inzibati materialı baxılması üçün qeydiyyatda olduğu və yaşadığı yer üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə vəsatəti, iş materiallarını və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, həmin material aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəhəri H.Cavid küçəsi ev 4-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinin əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Həmin məcəllənin 109.1.7-ci maddəsinin tələbinə görə işin baxılması hakimin səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci və 110.1-ci maddələrini rəhbər tutaraq, qəraraalıram: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin MN ******* nömrəli 23 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəsi aidiyyəti üzrə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-48/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-48/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver