Məhkəmə qərarları › İş №3(017)-490/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-490/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-490/2025 20.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs Nuşrəvan qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1974-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 20 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Ağcabədi rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(017)-1424/2025 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və onun 9934 manat borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Ağcabədi rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(017)-1424/2025 saylı icra sənədinə əsasən ondan 9934 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs Nuşrəvan qızına ödənilməlidir. O, xəstə olduğu və işsiz olduğu üçün ödəniş edə bilməmişdir. Hazırda zərərçəkmiş şəxsə 270 manat ödəniş etmək istəyir, lakin o qəbul etmir. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Nuşrəvan qızı izahat verərək bildirdi ki, Ağcabədi rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(017)-1424/2025 saylı icra sənədi üzrə 9934 manat pulun Şəxs tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs bu günədək heç bir ödəniş etməmişdir. Odur ki, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 çıxış edərək bildirdi ki, Ağcabədi rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(017)- 1424/2025 saylı icra sənədinə əsasən Şəxs 9934 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs Nuşrəvan qızına ödənilməlidir. Şəxs bu günədək heç bir ödəniş etməmişdir. Odur ki, qanuni qərar verilməsini xahiş edirəm. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Ağcabədi rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(017)-1424/2025 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və onun 1125 manat borcu vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar