Məhkəmə qərarları › İş №3(017)-493/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-493/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-493/2023 03.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, xx xxxxxx 1983-cü il tarixdə Laçın rayonunun Qarıqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonunun Qarıqışlaq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağcabədi rayon Polis şöbəsindən daxil olmuş materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 28 may 2023-cü il tarixdə saat 1005 radələrində sərxoş vəziyyətdə “Mercedes Benz 220” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 vəsatətlə məhkəməyə müraciət edərək inzibati materialı baxılması üçün yaşadığı yer üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti, iş materiallarını və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, həmin material aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Laçın rayonunun Qaraqışlaq kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində yaşayır. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinin əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Həmin məcəllənin 109.1.7-ci maddəsinin tələbinə görə işin baxılması hakimin səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci və 110.1-ci maddələrini rəhbər tutaraq, qəraraalıram: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar