Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-515/2024 02.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağcabədi rayonunun Ağabəyli kəndində yerləşən hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasi İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 26 avqust 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 61000 ABŞ dolları məbləğində vəsaiti Bank hesabından 05 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı iki il müddət keçməsinə baxmayaraq, 61000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidməti) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi Şəxs MMC banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsini məhkəmə iclasında iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 izahat verərək bildirdi ki, Şəxs MMC yaranmış istehsal zərurəti ilə əlaqədar müəssisəni quru süd ilə təmin etmək məqsədi ilə İran İslam Respublikasında yerləşən şirkət ilə müqavilə bağlanıb və pul şirkətin bank hesabına köçürülmüşdür. Həmin təşkilat malı vaxtında verə bilmədiyi üçün müəyyən gecikmələr olmuş və mal ölkəyə daxil olmamışdır. Müəssisə barəsində inzibati protokol tərtib olunarkən onların iştirakı təmin olunmamış və izahatları alınmamışdır. Hazırda satıcı hüquqi şəxs tərəfindən quru süd məhsulları müəssisəyə göndərilmişdir. Malların ölkəyə gətirilməsini gömrük bəyannamələri də təsdiq edir. Şəxs 61000 ABŞ dolları xarici valyutanı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödənişin aparıldığı vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini, həmçinin həmin vəsaitin ölkəyə geri qaytarılmasını təsdiq edən sənədi banka təqdim etmişdir. Odur ki, göstərilən xüsustalrın nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli, OX1 nömrəli köçürmə tapşırığından görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsilə 61000 ABŞ dolları məbləğində vəsait xaricə köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 08 avqust 2024-cü il tarixli 13002-01/55 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 61000 ABŞ dolları məbləğində vəsaitin xaricə köçürüldüyü, banka isə YGB təqdim olunmadığı göstərilmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə əsasən maliyyə bazarlarına nəzarət orqanı bankların istifadə etdikləri avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığının və təhlükəsizliyinin, bank informasiyasının mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları haqqında” Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli Qərarının 4.1-ci bəndinə əsasən rezidentlərin və qeyri-rezidentlərin xarici valyutada olan bank hesablarına nağd və nağdsız qaydada daxil olan xarici valyuta banklar tərəfindən məhdudiyyət olmadan onların hesablarına mədaxil edilir. 20 fevral 2020-ci il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları haqqında” Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli Qərarının 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. Lakin Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06\1 №-li qərarı ilə “Azərbaycan Respublikası Mərkəzi X3 2016-cı il 28 noyabr tarixli, 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilmiş, həmin qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Göründüyü kimi, göstərilən qərara edilən dəyişikliklə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunması müddəti ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətindən 2 (iki) il müddətinə qədər uzadılmış, şərt kimi geri qaytarılmayan məbləğin qalıq dəyərinin 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olması göstərilmiş, həmçinin bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlərin 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi müddəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında Azərbaycan Respublikası Qanununun 22.0.4 və 22.0.17-ci maddələrinə əsasən X7 Heyəti müvafiq olaraq “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda valyuta tənzimi ilə bağlı Mərkəzin Bankın səlahiyyətlərinə aid edilmiş məsələlər barəsində qərarlar qəbul edir (maddə 22.0.4); Mərkəzi Bankın normativ xarakterli aktlarını təsdiq edir (maddə 22.0.17). Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları normativ-hüquqi akt kimi Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxildir. “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.3-cü maddəsinə əsasən maliyyə bazarları tənzimləyicisinin qərarları normativ xarakterli aktdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2011-ci il tarixli, 184 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası” nın 1.2 və 1.3-cü bəndlərinə əsasən Mərkəzi Bankın normativ xarakterli aktı Mərkəzi Bank tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi (bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər) üçün məcburi davranış qaydasını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəddir; Mərkəzi Bankın normativ xarakterli aktları qərar formasında qəbul edilir. Həmin Qaydanın 3.1 və 3.2-ci bəndlərinə əsasən Mərkəzi Bankın normativ xarakterli aktları İdarə Heyəti tərəfindən qəbul edilir və Mərkəzi Bankın sədri tərəfindən imzalanır; Mərkəzi Bankın normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən 3 gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir. Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli, 45/1 №-li qərarı ilə təsdiq edilmiş və Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 №-li qərarı ilə müvafiq dəyişiklik edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və Mərkəzi Bankın normativ xarakterli aktı statusunu almışdır. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsini, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlər bu günədək pul köçürməsini həyata keçirən banka və ya hazırda məhkəməyə təqdim edilməmişsə hüquqi şəxsin hərəkətlərində İXM-nın 430.4cü maddəsinin tərkibi yaranmış olur. İş materiallarına əlavə olunmuş gömrük bəyannamələrindən görünür ki, xx.xx.2022-ci il tarixdə köçürülmüş 61000 ABŞ dolları məbləğində pul hesabına alınan mallar xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli gömrük bəyannamələrinə əsasən Azərbaycan Respublikasına idxal olunmuşdur. Beləliklə, məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, Şəxs 61000 ABŞ dolları xarici valyutanı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödənişin aparıldığı vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini, həmçinin həmin vəsaitin ölkəyə geri qaytarılmasını təsdiq edən sənədi banka və məhkəməyə təqdim etdiyi üçün Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin satıcı təşkilat malı vaxtında verə bilmədiyi üçün müəyyən gecikmələr olmuş və mal ölkəyə daxil olmamışdır. Hazırda satıcı hüquqi şəxs tərəfindən quru süd məhsulları ŞəxsMMC-yə göndərilmişdir. Bunu malların ölkəyə gətirilməsini gömrük bəyannamələri də təsdiq edir. Şəxs 61000 ABŞ dolları xarici valyutanı xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödənişin aparıldığı vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini, həmçinin həmin vəsaitin ölkəyə geri qaytarılmasını təsdiq edən sənədi banka təqdim etmişdir. Göstərilənlər o nəticəyə gəlməyə əsas verir ki, Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsində inzibati məsuliyyətin yaranması üçün müəyyən edilmiş dispozitiv şərtləri mövcud deyildir. Ona görə də hazırki iş üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-515/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-515/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver