Məhkəmə qərarları › İş №3(017)-516/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-516/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-516/2024 17.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X4 20 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: X5 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, o, 15 mart 2024-cü il tarixli, G- MG/4824-012 nömrəli idarə tərəfindən verilmiş məcburi göstərişin tələblərini yerinə yetirməmişdir. X2 ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mübahisəli qərarında göstərilən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət ərzində hüquqpozma aradan qaldırlımadığı üçün cərimə ödəməlidir. Həmin mübahisəli qərar və bildiriş ona əlavə olunmuş sənədlər poçt vasitəsi ilə 01 sentyabr 2024cü il tarixdə ona təqdim edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını, barəsində qeyri obyektiv və qanunsuz tərtib olunmuş 20 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 avqust 2024-cü il tarixli 3-14-48/2- 437/2024 nömrəli bildirişindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati xəta törətdiyi üçün barəsində 3000 manat inzibati cərimə şərti olaraq tərtib edilərək ona törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmiş, lakin aparılan təkrar araşdırma zamanı qeyd edilən hüquqpozma aradan qaldırılmamışdr. İş materiallarında olan 05 avqust 2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının icra vəziyyətinin yoxlanılması məqsədi ilə Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisinə baxış keçirilmiş, baxış zamanı ərazidə təmizləmə işlərinin aparılmadığı müəyyən olunmuşdur. İş materiallarında olan foto şəkillərdən görünür ki, ərazidə olan məişət tullantıları ərazidən təmizlənməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli protokolun surətindən görünür ki, X3 rayonunun Aşağı Avşar bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X4 20 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar