Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-516/2025 30.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Ağcabədi RPŞ-nin sahə rəisi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri K.Nəsibov küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 29 oktyabr 2025-ci il tarixdə saat 16:00 radələrində Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində binasında səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətdiyi üçün həmin vaxt polis əməkdaşı onu iltizama dəvət etmiş, o isə polis əməkdaşının qanuni tələbinə tabe olmadığı üçün bundan sonra o, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə olunmuş, müayinə zamanı test nəticəsi pozetiv marixuana çıxmışdir ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, həbsdən çıxdıqdan sonra yaşadığı evə getmiş, evdə qardaşı ilə mübahisə etmiş, səhər yəni 29 oktyabr 2025ci il tarixdə Ağcabədi rayon polis şöbəsinə getmiş, şöbədə olarkən qardaşının onun barəsində şikayət etdiyini bilmiş, həmin vaxt Elmir müəllim ondan narkotik vasitə qəbul edib-etmədiyini soruşmuş, o da əvvəllər istifadə etdiyini, hazırda istifadə etmədiyini, içki içdiyini bildirmiş, bundan sonra o, Gəncə şəhərinə aparılıb sidiyindən analiz olunmuşdur. O, heç bir səs-küy salmamış, heç bir polisin qanuni tələbinə tabesizlik göstərməmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyildir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağcabədi RPŞ-nin sahə rəisi X7 çıxış edərək bildirdi ki, Şəxs 29 oktyabr 2025-ci il tarixdə saat 16:00 radələrində Ağcabədi rayon Ü.Hacıbəyli prospektində səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək polis əməkdaşının qanuni tələblərinə tabe olmadığı üçün barəsində raport əsasında protokol tərtib olunmuşdur. Hesab edir ki, protokol qanuni və əsaslıdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi RPŞ-nin əməkdaşı X1 çıxış edərək bildirdi ki, o, 29 oktyabr 2025-ci il tarixdə saat 16:00 radələrində Ağcabədi şəhərində X2 ilə birlikdə xidmətdə olarkən sonradan adını bildiyi Novruzov X3 şəhəri Ü.Hacıbəyli prospektində səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətdiyi üçün ona yaxınlaşıb onu iltizama dəvət etmiş, lakin o, qanuni tələblə tabe olmadığı üçün polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında Ağcabədi RPŞ-nin əməkdaşı X2 çıxış edərək bildirdi ki, o, 29 oktyabr 2025-ci il tarixdə saat 16:00 radələrində Ağcabədi şəhərində X1 ilə birlikdə xidmətdə olarkən sonradan adını bildiyi Novruzov X3 şəhəri Ü.Hacıbəyli prospektində səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətdiyi üçün ona yaxınlaşıb onu iltizama dəvət etmiş, lakin o, öz hərəkətlərini davam etdirərək onun qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 oktyabr 2025-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 08 oktyabr 2025-ci il tarixli Ağcabədi Rayon Məhkəməsinin qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.i Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 535.1-ci maddəsində iki yüz manat və bir ayadək inzibati həbs tənbehi nəzərdə tutulduğu halda, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə və 15 günədək inzibati həbs tənbehi nəzərdə tutulduğu halda İXM-nin 206-cı maddəsində 300 manatdan 400 manatadək cərimə və iki ayadək inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Hesab edirəm ki, Şəxs barəsində inzibati həbs tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 206-cı maddəsinə əsasən barəsində 02 (iki) ay müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-516/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-516/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver