Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-52/2024 30.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Müdafiəçi- Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi şəhəri F.Əlizadə küçəsi ev 73-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 29 yanvar 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs narkoloji sərxoşluğun müayinəsi zamanı narkotik vasitələrdən istifadə etmişdir. Bundan başqa, Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 29 yanvar 2024cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 27 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasında ünvanlı və ünvansız nalayiq sözlər işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Göstərilən inzibati xəta haqqında protokollar 3(017)-52/2024 nömrə ilə və 3(017)-53/2024 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Həmin Qərarın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Qeyd olunanlara əsasən Ağcabədi rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 3(017)-53/2024 saylı qərardadı ilə Şəxs barəsində olan 3(017)-52/2024 saylı və 3(017)-53/2024 saylı inzibati xəta haqqında materialların bir icraatda birləşdirilməsi və həmin materiallara eyni vaxtda 3(017)-52/2024 saylı qeydiyyat nömrəsi ilə baxılması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, narkotik vasitədən istifadə etməmişdir. Ağcabədi RPŞ-nə çağırılmış, şöbədə narkotik vaitədən istifadə etdiyi ona bildirilmiş, həmin vaxt əsəbləşib ucadan danışmış, polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Özünü təqsili bilmir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid Ağcabədi RPŞ-nin əməkdaşı X2 izahat verərək bildirdi ki, 27 yanvar 2024cü il tarixdə xidmətdə olarkən polis əməkdaşı Nahid Həsənli ilə Şəxs mübahisə etdiyini görüb onlara yaxınlaşmış, həmin vaxt Şəxs ünvanlı və ünvasız söyüşlər söyərək iş rejimini pozmuş, sonra Şəxs iltizama dəvət olunmuş, lakin Şəxs öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 36 saylı sərxoşluq hallarını bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs tibbi müayinə olunmuş və müayinə zamanı test nəticəsi müsbət çıxmışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilərkən də Şəxs narkotik vasitə qəbul etməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs narkotik vasitədən istifadə etmiş, Ağcabədi RPŞ-nin inzibati binasında ucadan danışaraq iş rejimini pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsi barədə tərtib edilmiş inzibati xəta haqqında protokollar, şahid izahatı və işin digər materiallarla tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Belə olan halda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində 29 yanvar 2024-cü il tarixli MN ******* saylı protokol üzrə və 29 yanvar 2024-cü il tarixli MN ******* saylı protokol üzrə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan hər bir inzibati xətaya görə ayrılıqda müəyyən müddətə inzibati həbs tətbiq edilməsini və tətbiq ediləcək inzibati həbs tənbehlərini tam toplanmaqla Şəxs üzərində qəti inzibati həbs tənbehinin saxlanılmasını məqsədəmüvafiq hesab edir. Materiala əlavə edilmiş 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətalara görə 29 yanvar 2024-cü il tarixdə saat 12:40-da tutulmuşdur. Ona görə də inzibati həbs etmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs 29 yanvar 2024-cü il tarixli MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 1 (bir) ay 10 (on) gün müddətinə, 29 yanvar 2024-cü il tarixli MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən ona təyin olunmuş inzibati həbs müddətləri tam toplanmaqla Şəxs üzərində qəti olaraq 2 (iki) ay müddətinə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 29 yanvar 2024-cü il tarixdən saat 12:40 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-52/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-52/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver