Məhkəmə qərarları › İş №3(017)-526/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-526/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-526/2025 04.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, məhkəmə iclas katibi Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Ağcabədi RPŞ-nin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1996-cı il tarixdə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 26 sentyabr 2025-ci il tarixdə Ağcabədi rayonu N.Abdullayev adına 2 saylı Avşar kənd tam orta məktəbində Zərərçəkmiş şəxs ilə aralarında yaranamış münaqişə zamanı Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Ağcabədi rayonu N.Abdullayev adına 2 saylı Avşar kənd tam orta məktəbində fiziki tərbiyə müəlliməsi işləyir. 20 sentyabr 2025-ci il tarixdə məktəbdə olarkən şagirdlərdən biri müəllimlər otağına gəlib Təhminə müəlliməni soruşmuş, o da Təhminə müəllimənin otaqda olmadığını bildirmişdir. Bundan sonra 26 sentyabr 2025-ci il tarixdə məktəbdə olarkən Təhminə müəllim onun saçından tutub niyə şagirdə onun məktəbdə olmadığını bildirərək onu təhqir etmiş, həmin vaxt orada olan müəllimlər və direktor onları ayırmışlar. Bundan sonra o, 102 xidmətinə zəng edib döyülməsi barədə şikayət vermişdir. O, Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyildir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ekpertizanın rəyinə əsasən Zərərçəkmiş şəxs bədən üzərində olan xəsarətlər sağ əlin İİ və İİ barmaqlarında, o cümlədən sağ baldırda olan qançırlar küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə tarixi xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərə vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Material üzrə işin məhkəmə baxışı 04 noyabr 2025-ci il tarixə saat 1625-ə təyin edilməklə, bu barədə məlumat zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vaxtında bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Bu halda, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinin tələbinə əsasən, işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, bu qənaətə gəlir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat miqdarda cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar