Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-53/2024 30.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş 3(017)-53/2024 saylı və 3(017)-52/2024 saylı inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs barəsində Ağcabədi Rayon Polis Şöbəsindən 29 yanvar 2024-cü il tarixli MN ******* saylı və MN ******* saylı protokollar baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları və onlara əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində olan 3(017)-53/2024 saylı və 3(017)-52/2024 saylı inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. İş materiallarından da göründüyü kimi Şəxs barəsində olan 3(017)-53/2024 saylı və 3(017)-52/2024 saylı inzibati xəta haqqında materiallara baxılması Ağcabədi Rayon Məhkəməsinin səlahiyyətlərinə aid olduğundan həmin materiallara eyni vaxtda baxılması üçün bir icraatda birləşdirilməli və həmin işlərə eyni vaxtda 3(017)-52/2024 saylı qeydiyyat nömrəsi ilə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məsəlləsinin 34 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində olan 3(017)-53/2024 saylı və 3(017)-52/2024 saylı inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilsin və həmin materiallara eyni vaxtda 3(017)- 52/2024 saylı qeydiyyat nömrəsi ilə baxılsın. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-53/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-53/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver