Məhkəmə qərarları › İş №3(017)-536/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-536/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-536/2025 12.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1971-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, İİ qrup əlil, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti ev 152-də qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 11 noyabr 2025-ci il tarixdə saat 1420 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan sərxoş halda idarə etdiyi “VAZ 211440” markalı, B316CA799 dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi şəhəri Nəsimi küçəsində hərəkətdə olarkən idarə etməni itirərək qarşıda gedən “Mercedes Benz” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, idarəetmə hüququ olmadan 11 noyabr 2025ci il tarixdə spirtli içki içib özünə məxsus “VAZ 211440” markalı, B316CA799 dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi şəhəri istiqamətinə hərəkət etmiş, hərəkət etdiyi vaxt idarəetməni itirərək qarşıda gedən “Mercedes Benz” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Hadisə vaxtı heç kim xəsarət almamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Ona görə də barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Material üzrə işin məhkəmə baxışı 12 noyabr 2025-ci il tarixə saat 1550-ə təyin edilməklə, bu barədə məlumat zərərçəkmiş şəxsə vaxtında bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Bu halda, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinin tələbinə əsasən, işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri özünün etirafı, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, İİ qrup əlil olmasını nəzərə alaraq, məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 800 (səkkiz yüz) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar