Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-545/2025 18.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Ağcabədi RPŞ-nin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi ev 67, mənzil 20-də qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 15 noyabr 2025-ci il tarixdə saat 15:00 radələrində şikayət əsasında Ağcabədi rayon polis şöbəsinə dəvət olunarkən səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətdiyi üçün həmin vaxt polis əməkdaşı onu iltizama dəvət etmiş, o isə polis əməkdaşının qanuni tələbinə tabe olmamış, bundan sonra Ağcabədi rayon şöbəsinə gətirilərək, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə olunmuş, müayinə zamanı test nəticəsi pozetiv marixuana çıxmışdır ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, şikayət əsasında 15 noyabr 2025-ci il tarixdə Bakı şəhəri Nizami rayon polis şöbəsinə çağırıldığı üçün getmiş, şöbədə barəsində şikayət olduğu və Ağcabədi rayon polis əməkdaşlarının onu gəlib aparacaqları bildirilmiş, o, da şöbədə gözləyib Ağcabədi rayon polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon polis şöbəsinə gəlmişdir. Şöbədə ondan narkotik vasitə qəbul edib-etmədiyini soruşlmuş, o da istifadə etmədiyini bildirmiş, bundan sonra onun sidiyindən analiz götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağcabədi RPŞ-nin sahə rəisi X3 çıxış edərək bildirdi ki, Şəxs 15 noyabr 2025-ci il tarixdə saat 15:00 radələrində şikayət əsasında Ağcabədi rayon polis şöbəsinə dəvət olunarkən səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək polis əməkdaşının qanuni tələblərinə tabe olmadığı üçün raport tərtib olunmuş, sonra Quliyev X1 rayon şöbəsinə gətirilərək, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə olunmuş, müayinə zamanı test nəticəsi pozetiv marixuana çıxmışdır. Hesab edir ki, protokol qanuni və əsaslıdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 noyabr 2025-ci il tarixdə saat 00:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, analiz zamanı Şəxs sidiyindən marixuana aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.i Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 535.1-ci maddəsində iki yüz manat və bir ayadək inzibati həbs tənbehi nəzərdə tutulduğu halda, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə və 15 günədək inzibati həbs tənbehi nəzərdə tutulduğu halda İXM-nin 206-cı maddəsində 300 manatdan 400 manatadək cərimə və iki ayadək inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Hesab edirəm ki, Şəxs barəsində inzibati cərimə tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 206-cı maddəsinə əsasən barəsində 400 manat inzibati cərimə tənbeh tətbiq edilsin. İnzibati xəta törətmiş şəxs Şəxs 16 noyabr 2025-ci il tarixdən 18 noyabr 2025-ci il tarixədək inzibati qaydada həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində 300 manat cərimə cəzası saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-545/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-545/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver