Məhkəmə qərarları › İş №3(017)-552/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-552/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-552/2025 01.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsinin 15 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: X3 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, o, 28 may 2025-ci il tarixdə Qazel Next A68R52 Miroavtobus markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobili icbari qaydada sığorta etdirməmişdir. “İnzibati tənbeh vermə haqqında” 15 iyul 2025-ci il tarixli qərara əsasən X5 Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə olunmuşdur. X2 şikayətini onunla əsaslandırmışdır ki, Qazel Next A68R52 Miroavtobus markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobil onun adınadır. Dəfələrlə Azərmarşın rəhbərliyinə müraciət edərək avtomobilin onun adından çıxarılmasını xahiş etmiş, lakin Azərmaş rəhbərliyi ona başqa bir nəfərin gətirməsini bildirib ondan sonra onun adından çıxardacağını bildirmişdir. O, 28 may 2025-ci il tarixdə Qazel Next A68R52 Miroavtobus markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməmiş, 08 may 2025-ci il tarixdə Leninqrad şəhərində olmuş və 02 avqust 2025-ci il tarixdə Azərbaycana qayıtmışdır. Ancaq buna bxamayaraq barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən EQ 29276687 nömrəli protokol tərtib olunmuş və protokol əsasında 15 iyul 2025-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. Odur ki, qərarın əsassız tərtib edildiyini, heç bir inzibati xəta törətmədiyini əsas gətirərək barəsində tərtib edilmiş 15 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa, inzibati xətanın mövcudluğunu göstərən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi səbəb olur. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. İş üzrə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə müəyyən olunmuşdur ki, X5 08 may 2025-ci il tarixdə Rusiya Federasiyasının Sank-Peterburq şəhərinə getmiş və 02 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X5 28 may 2025-ci il tarixdə Azərbaycan Respublikasında olmamış və Qazel Next A68R52 Miroavtobus markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmişdir. Lakin buna baxmayara barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Bundan başqa X5 tərəfindən hər hansı bir qanun pozuntusu və inzibati məsuliyyət yaratması halı müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə əsasən qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xəta haqqında qərarda qeyd edilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsinin 15 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar