Məhkəmə qərarları › İş №3(017)-555/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-555/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-555/2023 05.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d im: Şəxs xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində Zərərçəkmiş şəxs vuraraq ona sağlamlığa zərər vurmadan dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. İş üzrə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və tərtib olunmuş material xx.xx.2023-cü il tarixli məktubla baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı müəyyən etdim ki, Şəxs barəsində olan iş aidiyyəti üzrə Ağcabədi rayon polis şöbəsinə geri qaytarılmalıdır. Belə ki, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 209, 212.1, 227, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3, 333.1, 334.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.6, 339.1, 339.1-1, 342.1.1 – 342.1.8, 342.1.10, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 344, 345, 347, 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355 – 358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Ağcabədi rayon Polis şöbəsinin XÜRM-ni X1 “inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında 05 iyul 2023-cü il tarixli qərardadı ilə törədilmiş inzibati xətanın xarakterini səciyyələndirən halları, şəxsiyyətini (əvvəllər eyni inzibati xətaya görə məsuliyyətə cəlb olunub-olunmaması), onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsi) nəzərə almadan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqini mümkün hesab edərək, işə Ağcabədi RPŞ-də baxılmasının mümkünsüzlüyünü əsaslandırmadan, inzibati xəta haqqında işi baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası 43.3-cü maddəsinə əsasən Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinin tələbinə görə, əgər bu məsələnin baxılması hakimin, orqanın, (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinin tələbinə əsasən, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər aidiyyəti üzrə Ağcabədi RPŞ-nə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 109.1-ci və 109.1.7-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xətaya dair material baxılması üçün aidiyyəti üzrə Ağcabədi rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar