Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-566/2025 26.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ Regional şöbəsinin 12 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6 və 192.4-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ Regional şöbəsi tərəfindən verilmiş 12 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair şikayətlə və şikayətin verilməsi müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli qərardadı il Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ Regional şöbəsi tərəfindən verilmiş 12 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə X3 vermiş olduğu şikayətin verilmə müddətinin bərpasına dair vəsatəti təmin edilməmiş və iş üzrə şikayətçi X5 tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ Regional şöbəsinin 12 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə vermiş olduğu şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İşin yuxarıda şərh edilən hallarından göründüyü kimi, X2 rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli qərardadından şikayət verməmişdir. Ona görə də, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ Regional şöbəsinin 12 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-566/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-566/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver