Məhkəmə qərarları › İş №3(017)-567/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-567/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-567/2024 30.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1963-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağcabədi şəhər, Babək küçəsi ev 19-da yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 30 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli, 30 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli və 30 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokollardan və onlara əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs H.Əliyev prospektində yerləşən 11 saylı orta məktəbin qarşısında X3 məxsus 140 manat dəyərində “Nokia 3310” markalı mobil telefonu, Ağcabədi şəhəri E.İsmayılov küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən 90 manat dəyərində “Marqus” markalı su motoru və Azərbaycan Respublikası TƏBİB X5 Ağcabədi rayon Mərkəzi Xəstəxanasının balansında olan UAZ markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan 60 manat dəyərində akkumilyatoru oğurlayaraq özgə əmlakını talamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən 11 saylı orta məktəbin qarşısında olarkən X3 məxsus 140 manat dəyərində “Nokia 3310” markalı mobil telefonu, Ağcabədi şəhəri E.İsmayılov küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən 90 manat dəyərində “Marqus” markalı su motorunu və Azərbaycan Respublikası TƏBİB X5 Ağcabədi rayon Mərkəzi Xəstəxanasının balansında olan UAZ markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan 60 manat dəyərində akkumilyatoru oğurlamışdır. Bu hərəkətlərini maddi imkanı olmadığı üçün etmişdir. Hazırda həmin ziyanı ödəməsə də zərər çəkmiş şəxslərlə həmin ziyanın ödənilməsi barədə razılaşmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona köməklik olunmasını xahiş edir. İş materiallarına əlavə olunmuş 16 avqust 2024-cü il, 03 sentyabr 2024-cü il və 09 sentyabr tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, X2, Zərərçəkmiş şəxs və Azərbaycan Respublikası TƏBİB X5 Ağcabədi rayon Mərkəzi Xəstəxanasının direktoru Təranə Məmmədovanın müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Şəxs H.Əliyev prospektində yerləşən 11 saylı orta məktəbin qarşısında X3 məxsus 140 manat dəyərində “Nokia 3310” markalı mobil telefonu, Ağcabədi şəhəri E.İsmayılov küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən 90 manat dəyərində “Marqus” markalı su motoru və Azərbaycan Respublikası TƏBİB X5 Ağcabədi rayon Mərkəzi Xəstəxanasının balansında olan UAZ markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan 60 manat dəyərində akkumilyatoru oğurlayaraq özgə əmlakını talamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozisiyasına görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin maddənin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibi yaranmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün səmimi etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasına görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə görə məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs təyin ediləcək ictimai işlər növündə inzibati tənbeh tədbiri gün ərzində dörd saatdan çox olmamalı və onun üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək gündə dörd saatdan çox olmamaqla iki yüz qırx saat müddətə ictimai işləri növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar