Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-567/2025 25.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X3 13 mart 2024-cü il tarixli, EP ******* nömrəli, 09 iyul 2025-ci il tarixli, EP ******* nömrəli, 09 iyul 2025-ci il tarixli, EP ******* nömrəli, 09 iyul 2025-ci il tarixli, EP ******* nömrəli, 09 iyul 2025-ci il tarixli, EP ******* nömrəli, 04 sentyabr 2025-ci il tarixli, EP ******* nömrəli və 04 sentyabr 2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X3 13 mart 2024-cü il tarixli, EP ******* nömrəli, 09 iyul 2025-ci il tarixli, EP ******* nömrəli, 09 iyul 2025-ci il tarixli, EP ******* nömrəli, 09 iyul 2025-ci il tarixli, EP ******* nömrəli, 09 iyul 2025-ci il tarixli, EP ******* nömrəli, 04 sentyabr 2025-ci il tarixli, EP ******* nömrəli və 04 sentyabr 2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini xahiş etmişdir. Həmin qərarlardan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə 15200 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 15000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 10789 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 30000 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə 40300 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı 2 (iki) il müddət keçməsinə baxmayaraq vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. “İnzibati tənbeh vermə haqqında” 13 mart 2024-cü il tarixli, EP ******* nömrəli qərara əsasən X6 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 1520 ABŞ dolları məbləğində cərimə olunmuşdur. “İnzibati tənbeh vermə haqqında” 09 iyul 2025-ci il tarixli, EP ******* nömrəli qərara əsasən X6 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 1500 ABŞ dolları məbləğində cərimə olunmuşdur. “İnzibati tənbeh vermə haqqında” 09 iyul 2025-ci il tarixli, EP ******* nömrəli qərara əsasən X6 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 1078,90 ABŞ dolları məbləğində cərimə olunmuşdur. “İnzibati tənbeh vermə haqqında” 09 iyul 2025-ci il tarixli, EP ******* nömrəli qərara əsasən X6 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 2000 ABŞ dolları məbləğində cərimə olunmuşdur. “İnzibati tənbeh vermə haqqında” 09 iyul 2025-ci il tarixli, EP ******* nömrəli qərara əsasən X6 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 2000 ABŞ dolları məbləğində cərimə olunmuşdur. “İnzibati tənbeh vermə haqqında” 04 sentyabr 2025-ci il tarixli, EP ******* nömrəli qərara əsasən X6 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 4500 ABŞ dolları məbləğində cərimə olunmuşdur. “İnzibati tənbeh vermə haqqında” 04 sentyabr 2025-ci il tarixli, EP ******* nömrəli qərara əsasən X6 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 6045 ABŞ dolları məbləğində cərimə olunmuşdur. Material üzrə işin məhkəmə baxışı 25 dekabr 2025-ci il tarixə təyin edilməklə, bu barədə X2na məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nə də ondan hər hansı bir vəsatət daxil olmamışdır. Bu halda məhkəmə Azərbaycan Respublikası İXMnin 61.3-cü maddəsinə əsasən, işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Ağcabədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək verilmiş şikayətlə bağlı birdirmişdir ki, avans ödənişi müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilmədikdə, valyuta nəzarəti agenti qismində çıxış edən bank tərəfindən ödəniş zamanı təqdim edilmiş sənədlərlə yük gömrük bəyannaməsinin müvafiq qrafalarında göstərilən məlumatlar qarşılıqlı şəkildə yoxlanılaraq eyniləşdirilir və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 5-ci hissəsinin tələblərinə uyğun icra edilir. Təqdim edilən sənədlər iş üzrə eyniləşdirmənin mümkün olmadığı hallarda, vəsait köçürən bank tərəfindən ödəniş əməliyyatlarına dair inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Milli Bankına göndərilir. X6 tərəfindən təqdim edilmiş bəyannamələrin araşdırılması zamanı qeyd olunan bəyannamələrin müvafiq qrafasındakı müqavilə və invoys məlumatları ilə eyniləşmədiyindən verilmiş şikayətin təmin olunmaması və Mərkəzi Bank tərəfindən qəbul edilmiş qərarların qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. X4 Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və X6 həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində iki il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydaları 2 (iki) il müddətində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin müvafiq banka təqdim edilməsini tələb edir. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsini, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlər bu günədək pul köçürməsini həyata keçirən banka və ya hazırda məhkəməyə təqdim edilməmişsə hüquqi şəxsin hərəkətlərində İXM-nın 430.4cü maddəsinin tərkibi yaranmış olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-567/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-567/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver