Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-571/2023 20.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Beyləqan rayon polis şöbəsinin baş leytenantı X6 İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: X3 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, o, 14 iyun 2023-cü il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuşdur. “İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli qərara əsasən X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında şikayətçi X7 izahatında göstərdi ki, 14 iyun 2023-cü il tarixdə idarə etdiyi Hyundai Sonata markalı ** ON *** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu ərazisində hərəkət edərkən onunla eyni istiqamətdə arxadan gələn avtomobil idarə etdiyi avtomobili sağ tərəfdən keçmək istəmiş, o, isə öz yoluma davam etmiş, bundan sonra həmin avtomobil onu sıxışdırdığı üçün idarə etdiyi avtomobillə qəza şəraiti yaratmamaq üçün yolun sol tərəfinə çəkərək həmin avtomobilə yol vermiş, bu vaxt yolda olan yol patrul xidməti inspektoru onu saxladıb manevr qaydasını pozduğunu və xətti tapdaladığını bildirərək onun barəsində protokol yazmış, həmin vaxt yol patrul xidməti inspektoruna arxadan gələn avtomobili vurmamaq üçün idarə etdiyi avtomobili sol tərəfə çəkdiyini bildirmiş, lakin polis əməkdaşı onun, barəsində heç bir əsası olmayan protokol tərtib etmişdir. Protokol tərtib edildikdən sonra Beyləqan rayon polis şöbəsinin polis baş leytenantı X10 onun barəsində xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 60 manat məbləğində cərimə etmişdir. O, heç bir manevr qaydasını pozmamış və heç bir əks istiqamətli hərəkət zolağına çıxmamışdır. Sadəcə baş verə biləcək qəzadan qorunmaq üçün idarə etdiyi avtomobili bir az yolun sol tərəfinə çəkmişdir. Odur ki, barəsində tərtib olunmuş qərarın qanunsuz və əsassız olduğuna görə qərarın ləğv edilməsini və cərimənin silinməsini xahiş etdi. Məhkəmə şikayətçini dinləyib, ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə əsasən qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xəta haqqında qərarda qeyd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa, inzibati xətanın mövcudluğunu göstərən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi səbəb olur. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. İş materiallarından görünür ki, Beyləqan rayon polis şöbəsinin baş leytenantı X10 tərtib etdiyi inzibati xəta haqqında qərarda X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə olunduğu qeyd olunsa da həmin qərar düzgün tərtib edilməmiş, qərar qəbul edilərkən inzibati xəta haqqında protokol yoxlanılmadan icraata qəbul edilmiş, inzibati xəta haqqında inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilmədən qərar qəbul olunmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər bu maddənin tələblərinə riayət etməklə avtomobil yollarından istifadə edə bilərlər. Avtomobil yollarında yalnız dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrinin hərəkətinə yol verilir. Həmin maddəsinin İİ-ci bəndinə əsasən Nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısa müddətə dayanmaq üçün icazə verilir. Həmin Qanunun 51-ci maddəsini Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. İİ. Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. İİİ. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X7 qəzadan yayınmaq üçün idarə etdiyi avtomobili yolun sol tərəfinə çəkmişdir. Bundan başqa Beyləqan rayon polis şöbəsinin Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X2 Cavadovun əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozması barədə video görüntünü və yol hərəkəti qaydasını pozmasını təsdiq edən hər hansı mötəbər sübut və dəlili məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilsin. Beyləqan rayon polis şöbəsinin baş leytenantı X6 İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-571/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-571/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver