Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-575/2023 10.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, inzibati xəta törədən şəxs Şəxs və tələbkar X2 iştirakları ilə, Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xətanı törətməsinə dair işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xətanı törətməsinə dair Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs yazılı verdiyi ərizəsini müdafiə edərək, işə hakim Sulduz Ləzimov tərəfindən və ümumilikdə Ağcabədi Rayon Məhkəməsində baxılmasına etiraz etdi. Etirazında göstərdi ki, Ağcabədi Rayon Məhkəməsində bu vaxtadək bir neçə mülki və inzibati işləri olub, həmin işlərə Sulduz Ləzimov tərəfindən baxılaraq heç birində onun xeyrinə qərar çıxartmayıbdır. Ona görə də, işinə Ağcabədi Rayon Məhkəməsinin hakimi Sulduz Ləzimov tərəfindən baxılıb ədalətli qərar çıxarılacağına şübhələri vardır. Bu səbəbdən də işə hakim Sulduz Ləzimovun sədrliyi ilə baxılmasına və ümumiyyətlə Ağcabədi rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə etiraz edir. Məhkəmə iclasında tələbkar X4 ərizəyə münasibət bildirərək göstərdi ki, məhkəmə müstəqil qurumdur. Heç kəs müdaxilə edə bilməz. Ona görə də etiraz ərizəsinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 ərizəyə münasibət bildirərək ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun, etiraz edən şəxsin və tələbkarın fikirlərini dinləyib, etiraz ərizəsini nəzərdən keçirib hesab edirəm ki, gələcəkdə çıxarılacaq yekun məhkəmə qərarı şübhə altına alınmaması üçün qanunvericiliyin tələbinə əsasən etiraz təmin edilməli və inzibati xəta haqqında iş başqa məhkəmədə baxılmasının müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 108.2-ci maddəsində göstərilir ki, bu məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərər çəkmiş şəxs, fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi, müdafiəçi, nümayəndə və ya prokuror tərəfindən hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli şəxsə etiraz edir. Azərbaycan Respublikası İXM-nin 108.3-cü maddəsində göstərilir ki, ərizəyə icraatında inzibati xəta haqqında iş olan hakim, kollegial orqan və vəzifəli şəxs tərəfindən baxılır. Azərbaycan Respublikası İXM-nin 108.4-cü maddəsində göstərilir ki, ərizəyə baxmanın nəticəsi barədə onun təmin edilməsi və ya təmin edilməməsi haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 207 və 108-ci maddəsini rəhbər tutub q ə r a r a a l d ı m: İnzibati xəta törədən şəxs Şəxs tərəfindən Ağcabədi rayon Məhkəməsinin hakimi Sulduz Ləzimova və məhkəmənin bütün tərkibinə edilmiş etiraz ərizəsi təmin edilsin. Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş başqa məhkəmədə baxılması aidiyyətinin müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-575/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-575/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver