Məhkəmə qərarları › İş №3(017)-575/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-575/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-575/2024 02.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Göygöl rayonunun Xanlar qəsəbəsində qeydiyyatda olan, Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi, 556 saylı qəsəbədə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağcabədi rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş 02 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 13 iyul 2024-cü ilo tarixdəə saat 22 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Asan Xidmət” Mərkəzinin həyətində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs alın nahiyəsindən vüraraq Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən alının orta hissəsində bir ədəd səthi dəri yarası kimi xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 13 iyul 2024-cü il tarixdə saat 22 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Asan Xidmət” Mərkəzinin həyətində olarkən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşmüş və mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs alın nahiyəsindən vurmuşdur. Hadisə ilə bağlı Zərərçəkmiş şəxs üzr istəmiş və onu bağışlamasını xahiş etmişdir. Hazırda da əməlindən peşimandır və məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Azərbaycan Respublikası DİN-in BMİ-nin Ağcabədi rayonlararası mühafizə şöbəsinin polis nəfəri işləyir. 13 iyul 2024-cü il tarixdə saat 22 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Asan Xidmət” Mərkəzinin həyətində olarkən Şəxs ilə aralarında mübahisə düşmüş və mübahisə zamanı Şəxs başı ilə onun alın nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Hazırda Şəxs ilə barışmamış və ədalətli qərar qbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin Ağcabədi rayon şöbəsinin 17 iyul 2024-cü il tarixli 439 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs alının orta hissəsində bir ədəd səthi dəri yarası küt əşyanın təsirindən yaranmışdır. Kənar şəxs tərəfindən başla vurulma nəticəsində yetirilə bilərdi. Yetirilmə müddəti 13 iyul 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 13 iyul 2024-cü ilo tarixdəə saat 22 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Asan Xidmət” Mərkəzinin həyətində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs alın nahiyəsindən vüraraq Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən alının orta hissəsində bir ədəd səthi dəri yarası kimi xəsarət yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri özünün etiraf edici ifadəsi, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və işin digər materiallarla tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək üç yüz manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar