Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-577/2023 25.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, X1 və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X4 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə baxaraq m ü ə y y ə n e t d i m: X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X4 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış şəxs X5 ərizə ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X4 MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edildiyini, həmin qərarın qanunsuz yazıldığını, heç bir sübutun olmadığını bildirərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X4 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X4 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarının qanunsuz yazıldığını, heç bir əsasın olmadığını əsas gətirərək ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 şikayəti qəbul etmədi və bildirdi ki, X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X4 MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXMnin 272.3-cü maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar qanuni və əsaslıdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X4 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan foto şəkillərdən və digər sənədlərdən görünür ki, X5 qanunla qadağan edilmiş alətlərlə ov etmək qaydasını pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X4 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-577/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-577/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver