Məhkəmə qərarları › İş №3(017)-580/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-580/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-580/2023 13.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştrakı ilə, xx.xx.1976-cı il tarixdə anadan olmuş, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, Təbriz küçəsi, ev 10-da yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 11 iyul 2023-cü il tarixdə saat 19:43-də Ağcabədi şəhər, Təbriz küçəsi, ev 10-da yaşayan Şəxs Narkoloji müayinə zamanı narkotik maddə olan qurudulmuş marixuana istehlak (istifadə) etdiyi müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 11 iyul 2023-cü il tarixdə Ağcabədi şəhər, ərazisində ictimai asayişi pozduğuna görə polis əməkdaşları onu Ağcabədi RPŞ-nə dəvət etmişlər və RPŞ-nə getmişlər. Ağcabədi RPŞ-də onu narkoloji müayinə etmişlər və müayinə zaman onun narkotik maddə olan qurudulmuş marixuana istehlak (istifadə) etdiyi müəyyən edilmişdir. Həqiqətəndə həmin gün qurudulmuş marixunan qəbul etmişdir. Hazırda törətdiyi əmələ görə çox peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli tibbi müayinə protokoluna əsasən Şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsində təqsiri özünün etirafı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, peşmançılığını, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, əmlak vəziyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin.

3. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər.

Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar