Məhkəmə qərarları › İş №3(017)-582/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-582/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-582/2025 17.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, 08 yanvar 1996-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: İcra sənədi üzrə borclu Mamedov X4 Rayon Məhkəməsinin 2(017)-152/2025 nömrəli, 06 may 2025-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar təkrarən icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, məhkəmə qətnaməsinə hörmətlə yanaşır. İmkanı olmadığı və işləmədiyi üçün aliment ödəyə bilməmiş və 1800 manat borcu yaranmışdır. Hazırda yaranmış aliment borcundan ödəniş edə bilmir. Odur ki, ona möhlət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 çıxış edərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-152/2025 nömrəli, 06 may 2025-ci il tarixli icra sənədinə əsasən Şəxs ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment alınaraq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda Şəxs 1800 manat aliment borcu qalmışdır. Ona görə də onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə verilmişdir. Odur ki, Şəxs barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-152/2025 nömrəli, 06 may 2025-ci il tarixli icra sənədinə əsasən Şəxs ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment alınaraq X3 ödənilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra sənədi üzrə tələbləri qərəzli olaraq icra etmir, icra məmurunun qanuni tələblərinə məhəl qoymur və onun 1800 manat məbləğində aliment borcu vardır. İş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarından görünür ki, Mamedov X4 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, yüngülləşdirən halları nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 17 (on yeddi) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 17 dekabr 2025-ci il tarixdən saat 12:40-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar