Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-590/2023 18.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu məhkəmə iclas katibi Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rıza oğlunun və zərərçəkmiş şəxs Nazari X1 iştirakları ilə Şəxs Rıza oğlu – xx xxxx 2000-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olur, ailəli, Ağcabədi şəhəri M.Ə.Sabir küçəsi ev 48-də qeydiyyatda olmaqla yaşayan Şəxs Rıza oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs Rıza oğlu 22 iyun 2023-cü il tarixdə Ağcabədi şəhəri M.Ə.Sabir küçəsi ev 48-də Nazari X3 ilə aralarında yaranamış mübahisə zamanı Zərərçəkmiş şəxs vurmuş və ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rıza oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, Nazari X3 onun yoldaşıdır. 22 iyun 2023-cü il tarixdə Nazari X3 ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zeynəbə iki sillə vurmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. İş üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs Nazari X3 izahat verərək bildirdi ki, Şəxs Rıza oğlu onun yoldaşıdır. 22 iyun 2023-cü il tarixdə Əlirza ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Əlirza onu vuraraq ona xəsarət yetirmişdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək, bu qənaətə gəlir ki, Şəxs Rıza oğlu barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ekpertizanın rəyinə əsasən Nazari X1 bədən səthində olan xəsarətlər alının sağ yarısında, sağ gözün üst və alt göz qapaqlarında qançırlar küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən küt alətlə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış və sonuncunun cəzalandırılmasını israr edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nazari X2 qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Rıza oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəs ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev Azərbaycan Respublikası Ağcabədi Rayon Məhkəməsi Ağcabədi şəhəri Ü.Hacıbəyli 153 Tel. (021275)18-80; 11-28 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə İş № 3(017)-590/2023 31 iyul 2023-cü il Şəxs Rıza oğlu barəsində inzibati xəta haqqında Ağcabədi Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərarın surəti 01 vərəqə. Ağcabədi Rayon Məhkəməsinin hakimi: Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-590/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-590/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver