Məhkəmə qərarları › İş №3(017)-593/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-593/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-593/2023 31.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə xx xxxxxxx 1985-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Cəfərbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 20 iyun 2023-cü il tarixdə saat 10:50 radələrində sərxoş vəziyyətdə VİS 2345 ******* yük markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 20 iyun 2023-cü il tarixdə saat 10:50 radələrində bir az spirtli içki içib idarə etdiyi VİS 2345 ******* yük markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağcabədi rayonu ərazisində yerləşən asan xidmətin qarşısı ilə hərəkət edərkən polis əməkdaşları onu saxlatmış, sərxoş olduğu üçün barəsində protokol tərtib etmişdir. Törətdiyi əməldən peşmandır. Odur ki, göstərilən xüsusatları nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, 20 iyun 2023-cü il tarixdə asan xidmətin yanında reyd zamanı Şəxs onlara çatmamış maşını saxlayaraq başqa bir şəxsalə yerini dəyişərək gözlə görünən qayda pozuntusuna yol vermişdir. İş materiallarına əlavə olunmuş 20 iyun 2023-cü tarixli alkotesterin nəticəsindən görünür ki, Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri, özünün etirafı, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar