Məhkəmə qərarları › İş №3(017)-594/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-594/2023

23.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-594/2023 23.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi inzibati xəta törədən şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, F.Əizadə küçəsi, ev 104-də qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 21 iyul 2023-cü il tarixdə, saat 21:00 radələrində Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən məscidin qarşısında ictimai qaydanı pozmuş, bu vaxt xidməti vəzifələrini həyata keçirən polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o, yenidən öz hərəkətlərini davam etdirərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, 21 iyul 2023-cü il tarixdə, saat 20-21 radələrində Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən məsciddə namaz qılmış və sonra axundun köməyi ilə məscidin minarəsinə Azerbaycanın üç rəngli bayrağını və İmam Hüseynin qara bayrağını asmış, bu zaman polis əməkdaşları gəlmiş onun oradan düşməsini tələb etmiş, o minarədən yerə düşdükdən sonra polis əməkdaşları ilə mübahisə etmiş və onu Ağcabədi RPŞ-nə gətirilərək haqqında protokol tərtib edilmişdir. Odur ki, yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin PPX-nın polis serjantı X3 izahat verərək bildirdi ki, o, 21 iyul 2023-cü il tarixdə, saat 20-21 radələrində verilən məlumat əsasında Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən məscidə getmişlər, bu zaman Şəxs məscidin minarəsində bayraq asdığını görmüş ona aşağı düşməsi üçün xəbərdarlıq etsələrdə o, aşağı düşməkdən imtina etmiş, sonra Ağcabədi RPŞ-nin İTB-nin rəisi X8 gələrək onunla proflaktiki söhbətlər apardıqdan sonra Şəxs minarədən aşağı düşmüş. O, aşağı endikdən sonra onların yanına getmiş və polis əməkdaşları ilə mübahisə edərək ucadan səs-küy salaraq ictimai asayişi pozmuş, bu vaxt polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o, yenidən öz hərəkətlərini davam etdirərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra onu RPŞ-nə dəvət etmişlər və Şəxs onların avtomobili ilə RPŞ-nə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin PPX-nın polis serjantı X2 və Ağcabədi RPŞ-nin PPX-nın polis kiçik serjantı X1 Şahid Nizaməddin oğlu ilə oxşar məzmunlu ifadə verərək göstərilənləri təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin İTB-nin rəisi X8 izahat verərək bildirdi ki, polis bölməsinə məlumat daxil olduqdan sonra məlumat əsasında PPX-nin əməkdaşları hadisə yerinə getməkləri 20-25 dəqiqə çəkmiş lakin o aşağı düşməmiş və o özü hadisə yerinə gedərək Şəxsla proflaktiki söhbətlər aparmış və proflaktiki söhbətlərdən sonra o aşağı düşərək onların yanına gələrək aqressiv hərəkətlər edərək ucadan səs-küy salaraq ictimai qaydaları pozmuş, bu vaxt polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o, yenidən öz hərəkətlərini davam etdirərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra onu RPŞ-nə dəvət etmişlər və Şəxs onların avtomobili ilə RPŞ-nə gəlmişlər. Ağcabədi RPŞ-də MSY-də Şəxs özünə müxtəlif bədən xəsarətləri yetirmişdir. İş materiallarında olan 21 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 iyul 2023-cü il tarixdə saat 21:30 radələrində inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 535.1-ci maddəsində iki yüz manat və bir ayadək inzibati həbs tənbehi nəzərdə tutulduğu halda, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə və 15 günədək inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. AR İXM-nin 33.1.1-ci maddəsində göstərilir ki səlahiyyətli şəxslərin huquqa zidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Hesab edirəm ki, Şəxs barəsində daha ciddi xətaya görə inzibati həbs tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 106, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 21 iyul 2023-cü il tarixdən, saat 21:30-dan hesablansın. Qərarın icrası Ağcabədi rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar