Məhkəmə qərarları › İş №3(017)-619/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-619/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-619/2023 31.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın və Zərərçəkmiş şəxsnın iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Ağcabədi şəhəri, Təzəkənd kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 3 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protocol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumudur, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 3 iyul 2023-cü il tarixində təxminən saat 18 radələrində yol kənarında əyləşən zaman Cəmil ona yaxınlaşmış, kənara çəkilməklərini istəyərək ona sözü olduğunu demişdir. O, həmin vaxt Cəmilin içkili vəziyyətdə olduğunu bildirmişdir. Onlar birlikdə bir az irəlilədikdən sonra Cəmil ona nalayiq ifadələr söyləmiş və əli ilə Cəmilin sifət nahiyəsindən itələmiş, Cəmil içkili vəziyyətdə olduğu üçün özünü saxlaya bilməyərək yerə yıxılmışdır. Sonra isə evinə getmişdir. O, Cəmili yumruqla vurmadığını, aralarında dava-dalaş olmadığını, mübahisə zamanı ətrafda kənar şəxslərin olmadığını bildirmişdir. O, mübahisənin Təzəkənd kəndində yol kənarında, kanalın qırağında olmasını, 2-3 dəqiqə davam etməsini bildirmişdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, onun qohumudur, ədavət, düşmənçilikləri olmamışdır. Təxminən hadisədən 1 həftə əvvəl o yol ilə gedərkən Müşviq onun yanında dayanmış, ona Rusiya Federasiyasından gəldiyini deyərək nə qulluq edə biləcəyini və bir araq alıb-almayacağını soruşmuş, o isə Müşviqə yox cavabını vermişdir. Sonra Müşviq onunla işi olacağını deyərək kəndə gəlməsini istəmişdir. 3 iyul 22023-cü il tarixində o, kəndə gedən zaman Müşviqin yol kənarında oturduğun görmüş, yaxınlaşaraq onu çağırmış, işi olduğunu demişdir. Onlar birlikdə Təzəkənd kəndində kanalın kənarına getmiş, Müşviqdən onunla nə işi olduğunu soruşmuş, həmin vaxt Müşviq anidən əliylə onun ağız nahiyəsinə və sinə nahiyəsinə vurmuş və o yerə yıxılmışdır. O, mübahisə zamanı Müşviqi təhqir etməmiş, mübahisə 2-3 dəqiqə davam etmiş, ətrafda kənar şəxslər olmamışdır. Odur ki, qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 13 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, canlı şəxsin ekspertizasına dair məhkəmə-tibbi ekspertinin 6 iyul 2023-cü il tarixli, 404 saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində olan xəsarətlər-ağız boşluğunun sağ yan səthinin selikli qişasında qansızma– küt əşyanın təsirindən törəmişdir, kənar şəxs tərəfindən əllə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 3 iyul 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İş materiallarına əlavə olunmuş 13 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Ağcabədi RPŞ-nin TBnin təhqiqatçısı, polis kapitanı X1 Müşviq Əvəz oğlunun əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-nin İTB-ə göndərilmişdir. Həmin qərara əsasən Ağcabədi RPŞ-nin İTB-nin sahə rəisi İlqar Babayev, Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə inzibati xəta törədən şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, habelə iş materiallarını nəzərdən keçirərək, bu qənaətə gəlir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar