Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-624/2023 01.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxsnın iştirakları ilə, xx xxxxx 1967-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 28 aprel 2023-cü il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin darvazasını təpiklə əzərək Zərərçəkmiş şəxs 200 manat dəyərində maddi zərər vurmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi və qonşusudur. Zərərçəkmiş şəxs çoxdandır ki, onunla ədavət aparır. 28 aprel 2023-cü il tarixdə spirtli içki içib Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən mağazaya tərəf getmiş, yolda Zərərçəkmiş şəxsla qarşılaşmış, həmin vaxt Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmış, İsa həyətdən lapatka gətirib onun sifətinə vurmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Ona görə də göstərilən xüsusatları nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun həmkəndlisi və qonşusudur. Şəxs çoxdandır ki, onunla ədavət aparır. 28 aprel 2023-cü il tarixdə evdə olarkən həyətdən səs eşidib həyətə çıxmış, Xanların sərxoş vəziyyətdə həyətdə olduğunu görmüş, həmin vaxt Xanlar onu hədələməyə başlamış, sonra o, həyət darvazasını bağlayıb polisə məlumat vermiş, polis əməkdaşları gələnədək Xanlar onun həyət darvazasını təpiklə vurub əzmişdir. Hazırda ona dəymiş ziyanı ödənilməmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Nəsirov X1 İsa Misir oğluna məxsus fərdi yaşayış evinin darvazasını təpiklə əzərək Zərərçəkmiş şəxs 200 manat dəyərində maddi zərər vurmuşdur. Zərərçəkmiş şəxs Şəxs inzibati tənbehlə cəzalandırılmasını israr edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət yaradır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən İXM-nin 31-ci maddəsinə əsasən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-624/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-624/2023
01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver