Məhkəmə qərarları › İş №3(017)-628/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-628/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-628/2023 02.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, Zərərçəkmiş şəxs və İnzibati xəta törədən şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, M. Qəhramanov küçəsində yaşayan, Şəxs haqqında, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Ağcabədi şəhəri, M.Qəhrəmanov küçəsində Şəxs ictimai yerdə Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə təhqir edərək xırda xuliqanlıq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs ilə onun anası Rəhimova Zulfiyyə arasında sözlə mübahisə yaranmışdır. O da buna görə axşam saatlarıda Aybənizin evinə gedib söhbəti aydınlaşdırmaq istəyib. O, oraya gedib çatanda polislərin qapının çölündə olduğunu görüb. Həmin vaxt Aybəniz onu görüb, onun anasının və yoldaşının ünvanına nalayiq ifadələr işlədib. Sonra Şəxs Zərərçəkmiş şəxs ünvanına söyüş söyməyə başlayıb. Polis əməkdaşlaı onları aralaşdırıb. Odur ki, ona inzibati tənbeh verilməməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə qonşusu Rəhimova Zulfiyyə ilə arasında sözlə mübahisə yaranmış və Zülfiyyə onu küçədən çıxartdıracağı ilə hədə-qorxu gəlmişdir. Axşam saatlarıda Şəxs onun evinə gedib söhbəti aydınlaşdırmaq istəyib. Ozal gedib onun qapısına çatanda onu görüb və onun ünvanına ağır söyüş söyməyə başlayıb və ona hədəqorxu gəlib. Polis əməkdaşlaı onları aralaşdırıb. Odur ki, ona ağır cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün qismən etirafı, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 7 (yeddi) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli, 2 avqust 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar