Məhkəmə qərarları › İş №3(017)-63/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-63/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-63/2023 16.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d im: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün Ağcabədi rayon Polis şöbəsindən material daxil olmuşdur. İşin məhkəmə baxışına hazırlanması zamanı müəyyən etdim ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün тяртиб едилмиш инзибати хята щаггында протокол натамамдыр вя мящкямя ижласында тамамланмасы гейримцмкцндцр. Belə ki, protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətin təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi olmalıdır. Ağcabədi rayon Polis şöbəsinin, XURM-ni X1 “inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında “16 fevral” 2023-cü il tarixli qərardadı ilə törədilmiş inzibati xətanın xarakterini səciyyələndirən halları, xəta törətmiş şəxsin şəxsiyyətini, (əvvəllər eyni inzibati xətaya görə məsuliyyətə cəlb olunubolunmaması) onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsi) nəzərə almadan inzibati xəta haqqında işi natamam şəkildə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında material düzgün tərtib olunmadıqda yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Hazırki iş üzrə inzibati xəta haqqında protokol natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 109.1-ci və 109.1.6-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xətaya dair material onu tərtib etmiş orqana Ağcabədi rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar