Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-643/2023 26.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Ağcabədi rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs "xxxx" MMC haqqında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar idarəsindən daxil olmuş materiala baxaraq, m ü ə y y ə n e t d i m: Ağcabədi-Beyləqan yolunun sağ tərəfində yerləşən hüquqi şəxs "xxxx" MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X1-Beyləqan yolunun sağ tərəfində işlətdiyi aptekdə 2022-ci ilin sentyabr ayından xx.xx.2023-cü il tarixədək X8 həmin aptekdə əmək müqaviləsi olmadan işlətmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 izahat verərək bildirdi ki, 2019-2021-ci illər ərzində Mingəçevir kadr hazırlığı və ixtisasartırma məktəbində əczaçılıq ixtisası üzrə təhsil almış, 2022-ci ilin avqust ayından Ağcabədi-Beyləqan yolunun sağ tərəfində yerləşən Dəniz adlı aptekdə əczaçılıq fəaliyyəti ilə məşğul olmuş, lisenziyası olmadığına görə xx.xx.2022-ci il tarixdə fəaliyyətini dayandırmış, xx.xx.2023-cü il tarixdə lisenziyanı aldıqdan sonra fəaliyyətini davam etdirmişdir. İşlətdiyi aptekdə 2022-ci ilin sentyabr ayından başlayaraq bir müddət qohumu X3 məqsədi ilə vitrinləri düzməkdə ona köməklik etmişdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X9 çıxış edərək bildirdi ki, hüquqi şəxs "xxxx" MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X1-Beyləqan yolunun sağ tərəfində işlətdiyi aptekdə 2022-ci ilin sentyabr ayından xx.xx.2023-cü il tarixədək X8 həmin aptekdə əmək müqaviləsi olmadan işlətmişdir. Ona görə də hüquqi şəxs "xxxx" MMC barəsində qərar tərtib edilmişdir. Hesab edir ki, tərtib edilmiş qərar qanuni və əsaslıdır. İnzibati xəta törətmiş hüquqi şəxs "xxxx" MMC-nin barəsində (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X11 ifadə verərək bildirdi ki, Ağcabədi-Beyləqan yolunun sağ tərəfində yerləşən aptekdə qohumu Vüsalə Fətəliyevaya vitrinləri düzmək üçün bir müddət ona kömək etmişdir. Onunla əmək müqaviləsi bağlanmamış, hüquqi şəxs "xxxx" MMC-nin rəsmi işçisi olmamışdır. Aptekə işə çıxdığı hər gün üçün ona təxminən 10-12 manat pul ödənilmişdir. İş materiallarında olan X2 izahatından görünür ki, X5 “Dəniz” aptekdə 2022-ci ilin avqust ayından dərmanların satışı ilə məşğul olmuş, lisenziyası mövcud olmamış, lisenziyanı xx.xx.2023-cü il tarixdə almış, onunla birlikdə aptekdə iki əməkdaş fəaliyyət göstərmiş, həmin şəxslərdən Ramil Məmmədovun əmək müqaviləsi olmamışdır. İş materiallarında olan X7 izahatından görünür ki, 2022-ci ilin sentyabr ayından 2023cü ilin aprel ayının 11-nə kimi X2 direktoru olduğu “Dəniz” adlı aptekdə əmək müqaviləsi olmadan çalışmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xüsusi lisenziyaya əsasən "xxxx" MMC-yə ünvan 1 ünvanında dərman vasitələrinin pərakəndə satışının həyata keçirilməsinə icazə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin bu əməldə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, X5 “Dəniz” aptekdə 2022-ci ilin avqust ayından dərmanların satışı ilə məşğul olmuş, lisenziyası olmadığına görə xx.xx.2022-ci il tarixdə fəaliyyətini dayandırmış, xx.xx.2023-cü il tarixdə lisenziyanı aldıqdan sonra fəaliyyətini davam etdirmiş, onunla birlikdə aptekdə Ramil Məmmədov 2022-ci ilin sentyabr ayından 2023-cü ilin aprel ayının 11-nə kimi X2 direktoru olduğu “Dəniz” adlı aptekdə əmək müqaviləsi olmadan çalışmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar xx.xx.2023-cü il tarixdə tərtib olunmuş və xx.xx.2023-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20000 manat miqdarında inzibati cərimə edilmişdir. Həmin qərardan verilmiş şikayət Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli qərar ləğv edilərək iş yenidən araşdırılması üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılmışdır. İş üzrə inzibati tənbeh vermə müddəti keçmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə müddət keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.i Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 48-53, 114, 128-130 və 53.1.6-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:
1. İnzibati xəta törətmiş hüquqi şəxs "xxxx" MMC barəsində başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığı üçün xitam verilsin.
2. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər.
Hakim Etibar Quliyev