Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-644/2024 18.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətə baxılmağa hazırlayarkən M ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 şikayəti 18 oktyabr 2024-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X1 məhkəməyə ünvanladığı şikayətindən və şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, X1 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 5000 manat məbləğində cərimə təyin edilmiş, lakin X2 şikayət vermə müddətini buraxdıqdan sonra qeyd olunan həmin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Ağcabədi Rayon Məhkəməsinə şikayət vermişdir. Göründüyü kimi, X2 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də hesab edirəm ki, şikayət və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məsəlləsinin 109.1.6cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məsəlləsinin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X1 vermiş olduğu şikayət və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardan apellyasiya şikayəti verilə bilməz. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-644/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-644/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver