Məhkəmə qərarları › İş №3(017)-653/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-653/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-653/2023 29.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlu katibliyi ilə, xx.xx.1993-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Ağcabədi rayonunun Qaravəlli kəndində yaşayan X3 haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: X3 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir ki, buna görə də X3 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli inzibati protokol tərtib olunaraq inzibati tənbeh tətbiq olunmasından ötrü Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Material üzrə işin məhkəmə baxışı 29 avqust 2023-cü il tarixə təyin edilməklə, bu barədə məlumat tərəfə vaxtında bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Bu halda Azərbaycan Respublikası İXM-nin 61.3cü maddəsinin tələbinə əsasən, məhkəmə işə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 bu əməldə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol və digər rəsmi sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X2 qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, əmlak və maddi vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun müəyyən müddətə məhdudlaşdırılması tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və X4 Azərbaycan Respublikası Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m:

1. İnzibati xətanı törətmiş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması tənbehi tətbiq edilsin.

2. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər.

Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar