Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-677/2024 28.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 2000-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Ağcabədi şəhəri E.Sadıqov küçəsi ev 250-də qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 388- 1.1-ci maddələri ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs barəsində Ağcabədi RPŞ-dən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 388-1.1-ci maddələri ilə inzibati xəta haqqında material daxil olmuşdur. Həmin materiala əsasən Şəxs 26 oktyabr 2024-cü il tarixdə saat 20:00 radələrində internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanı yerləşdiridiyi üçün Ağcabədi RPŞ-nə dəvət olunmuş, həmin vaxt uca səslə səs-küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 388-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Ağcabədi rayonunun Mehrablı kəndində çoban işləyir. 26 oktyabr 2024-cü il tarixdə ona zəng edilərək axtarıldığı bildirilmiş, o, da Mehrablı kəndində olduğunu demiş, bundan sonra polis əməkdaşı onu gəlib şöbəyə aparmış, şöbədə ona sosial şəbəkədə video paylaşdığı bildirilmiş, o isə həmin videonu 1 il bundan əvvəl sosial şəbəkədən götürüb tik-tok səhifəsinə yerləşdirdiyini demiş, bundan sonra onu polisin həyətində saxlamışlar. Həmin video onun tərəfindən hazırlanmamışdır. O, heç bir qayda pozuntusu törətməmiş, ictimai qaydanı pozmamış, polisin tələblərinə tabe olmuşdur. Özünü təqsirli bilmir. Barəsində tərtib edilmiş protokolla razı deyil. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında 26 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 26 oktyabr 2024-cü il tarixdə saat 2010-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 388-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 elementobyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündə törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yaxud özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Qanun normasından görünür ki, şəxsin əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün, həmin şəxs ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yaxud özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməlidir (inzibati xəta tərkibinin obyektiv tərəfi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanun normasından görünür ki, şəxsin əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır (inzibati xəta tərkibinin obyektiv tərəfi). Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXMnin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. “Polis haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında polis işçisinin “şəxsi polis şöbəsinə dəvət etmək” hüquqları nəzərdə tutulmamışdır. Ona görə də polis işçisinin “şəxsi polis şöbəsinə dəvət etmək” kimi tələbləri qanunda göstərilən tələb olmadığından İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə görə İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni:[385] 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - 388-1.1.2. internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanun normasından görünür ki, şəxsin əməlində İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün, informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi barədə hərəkətlərə yol verməlidir (inzibati xəta tərkibinin obyektiv tərəfi). AR İXM-nın 53.1.2-ci maddəsində göstərilir ki, şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. AR İXM-nın 114.2-ci maddəsində göstərilir ki, bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati 510, 535.1 və 388-1.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığı üçün onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 32, 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 388-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-677/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-677/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver